Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürdü
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - Dənizkənarı Bulvar İdarəsi informasiya sistemləri və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb. İdarə İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Mart 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















