Icma.az
close
up
RU
Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI Araşdırma BAŞLADI FOTOFAKT

Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI Araşdırma BAŞLADI FOTOFAKT

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar bəzi həkimlərin, xüsusilə də cərrahların əməliyyat proseslərini sosial şəbəkələrdə paylaşması cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Bəziləri bunu tibbin şəffaflaşması və maarifləndirici addım kimi dəyərləndirsə də, digərləri bu cür paylaşımların pasiyent hüquqlarını və tibbi etikanı poza biləcəyini düşünür. Mütəxəssislər isə bildirirlər ki, əməliyyat görüntülərinin ictimaiyyətlə paylaşılması yalnız xəstənin yazılı razılığı və etik çərçivə daxilində mümkündür.
Bizim.Media xəbər verir ki, bu cür hallardan biri də Respublika Klinik Xəstəxanasının ümumi cərrahı, eləcə də Davinci International Hospitalın həkimi Zahid Zahidovun həssas əməliyyat görüntülərini sosial şəbəkə hesabında açıq şəkildə yayımlaması ilə bağlıdır.
Sözügedən paylaşım ictimaiyyətdə narahatlıq doğurub.
Məsələ ilə bağlı əvvəlcə cərrahın özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında etdiyi paylaşımla bağlı özünə belə haqq qazandırıb:
“Canlı yayım açmıram, sadəcə əməliyyatları paylaşıram. Paylaşımlarımla bağlı Səhiyyə Nazirliyi tərəfindən heç bir qadağa qoyulmayıb. O videoların heç birində qanunazidd görüntülər yoxdur. Əməliyyatların gedişidir və həkimlər də, tələbələr də o əməliyyatlara baxıb bəhrələnirlər. Kimsə, konkret olaraq mənə nəsə irad bildirməyib. Canlı açmaq olmaz sadəcə”, - deyə Zahid Zahidov bildirib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə məsələnin nəzarətə götürüləcəyi və araşdırılacağı bildirilib:
“Hadisə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.
Azərbaycan qanunvericiliyinə və Səhiyyə Nazirliyinin etik qaydalarına görə, pasiyentin razılığı olmadan onun tibbi məlumatlarının və görüntülərinin yayılması qanun pozuntusu sayılır və intizam və ya hüquqi məsuliyyətə səbəb ola bilər.
 

Paylaşım üçün xüsusi şərtlər var ki, onlardan ən əsası xəstənin yazılı razılığı olmalıdır. Belə ki, əməliyyat prosesi və ya nəticələri xəstənin kimliyini göstərməsə belə, hüquqi cəhətdən bu görüntülərin paylaşılması üçün açıq və yazılı razılıq tələb olunur.


Bundan əlavə məxfiliyə riayət edilməlidir. Yəni, pasiyentin üzü, adı, soyadı, hətta bədənindəki fərqləndirici izlər belə kadra düşürsə, bu artıq məxfi tibbi informasiya sayılır və yayılması qanunsuzdur. Həmçinin etik normalar pozulmamalıdır. Həkim əməliyyatı şouya çevirməməli, insan bədəni üzərində aparılan tibbi müdaxilə hörmət və peşəkarlıq çərçivəsində təqdim edilməlidir.




Aygün Hüseyn, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri