Daha bir yapon maşınının istehsalı dayandırıldı Çinə görə
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsalını dayandırıb.
Milli.Az xəbər verir ki, Yaponiyanın məşhur avtomobil istehsalçısı "Suzuki" Çinin nadir torpaq elementlərinə tətbiq etdiyi ixrac məhdudiyyətlərinə görə "Swift" modelinin istehsalına müvəqqəti ara verdiyini açıqlayıb.
Nikkei-nin məlumatına görə istehsalın dayandırılması 26 may tarixində başlayıb və azı 6 iyuna qədər davam edəcək. Şirkət daha əvvəl bu fasiləni elan etsə də, səbəbləri ictimaiyyətlə bölüşməmişdi.
Sonradan məlum olub ki, Çin tərəfindən tətbiq edilən yeni ixrac siyasəti bir çox sahəyə, xüsusən avtomobil və texnologiya sektorlarına ciddi təsir göstərib. Swift model avtomobillərdə istifadə olunan nadir torpaq elementlərinin tədarükündəki çətinliklər "Suzuki"nin Yaponiyadakı istehsal planlarını pozub.
Şirkətin açıqlamasına görə, istehsalın nə vaxt normallaşacağı hələlik məlum deyil və bu məsələ tədarük zəncirindəki vəziyyətə əsasən müəyyənləşəcək.
İslam
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















