“Daha böyük kluba getmək fikrim yoxdur” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”dan ayrılmaq və daha böyük kluba getmək kimi fikrim yoxdur.
KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Mütəxəssis Ağdam klubu ilə arasında xüsusi bağ olduğunu söyləyib: “Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki burada öz evimdən daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey mümkündür. Klubda və ya sistemdə dəyişikliklər baş verə bilər. Hazırda “Qarabağ”dan ayrılmaq fikrim yoxdur. Bu komanda ilə ildən-ilə daha möhkəm olmaq və uğurlu nəticələr əldə etmək istəyirəm”.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III tur çərçivəsində İspaniyada “Atletik”in qonağı olacaq. “San Mames” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















