Icma.az
close
up
RU
Daha çox qol vurmalı idik Yuri Vernidub

Daha çox qol vurmalı idik Yuri Vernidub

Icma.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı çox qol vurmalı olduqlarını bildirib:

- İkinci hissədə daha aktiv olan "Neftçi" niyə ilk yarıda eyni oyunu sərgiləyə bilmədi?
- Oyunu iki hissəyə bölərdim. Gördüyünüz kimi, oyunçular birinci hissədə gözlənilən sürəti və intensivliyi göstərə bilmədilər. Əslində, "Karvan-Yevlax"ın elə də qol imjanları olmamışdı. Hissənin sonlarında biz onlara penaltidən fərqlənmək şansı yaratdıq. İkinci hissə tamamilə başqa idi. Fasilədə oyunçulara bildirdim ki, buz sürət və intensivlik əlavə etməsək, heç nə alınmayacaq. İkinci yarının ilk dəqiqələrindən gördük ki, "Karvan"ın futbolçuları vaxt aparmağa çalışırlar. Bunu başa düşdük və öndə oynamağa başladıq. Nəticədə 2 qol vuraraq 2:1 hesabı ilə qalib gəldik. Düşünürəm ki, daha çox qol vurmalı idik. Çünki qol vəziyyətlərimiz çox idi. 

- İlk səfər oyununuz bölgəyə təsadüf etdi. Buradakı atmosfer və stadionun ot örtüyü ilə bağlı fikirləriniz necədir? Ümumiyyətlə sintetik qazona münasibətiniz necədir?
- Ukraynada sintetik qazon üzərində oynamağa icazə verilmir. Amma Azərbaycanda normaldır. Bu gün hər iki tərəf eyni meydanda oynadı. Bu da var ki, biz təbii örtüklü meydanda məşq edirik. Belə bir təklif var idi ki, oyundan əvvəl gəlib burada məşq hazırlaşaq. Ancaq mən imtina etdim. Çünki məşq zamanı futbolçuların zədə almaq ehtimalı var. 

- Komandaların formaları bir-birinə bənzəyirdi. Qeyri-dəqiq ötürmələrin səbəbi bu idi?
- Sualınız xoşuma gəldi. Məncə də, oxşar idi. Müəyyən məqamlarda anlaşımazlıq ola bilər. Bunu futbolçulardan soruşmaq lazımdır.

- Vensan Abubakar siz gələndən daha az oynayır. Ona oyun planınıza uyğun gəlmədiyini çatdırmısınız?
- Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. O, "Neftçi"yə mövsümün ortasında gəlib. Həmin vaxt fiziki durumunun hansı vəziyyətdə olduğunu demək çətindir. Hər şeyə aydınlıq gəlməsi üçün təlim-məşq toplanışı keçməliyik.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri