Icma.az
close
up
RU
Daha əvvəl azadlığa buraxılmış BNA vəzifəliləri niyə həbs edildi?

Daha əvvəl azadlığa buraxılmış BNA vəzifəliləri niyə həbs edildi?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri - Hikmət Vəlizadə və Vüqar Hüseynov yenidən hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi onları azadlığa buraxsa da, Bakı Apellyasiya Məhkəməsi onlar barəsində həbs qərarı çıxarıb.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinərək həbs edilmişdi.

İttihama görə, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən rüşvət alıb. Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.

“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.

İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib.

Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə araşdırma zamanı hər iki şəxsə rüşvət alma maddəsi ilə bəraət verilmişdi. Onlar dələduzluqda təqsirli bilinərək şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.

Bundan sonra təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək bəraət almaq istəyiblər. Prokurorluq isə hökmdən protest verərək hər iki şəxsin istintaq zamanı təqsirləndirildikləri maddələrlə cəzalandırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin bəraət istəklərinə “yox” deyib.

Prokurorluğun verdiyi protest təmin edilib. Təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Adı çəkilən şəxslər rüşvət alma, vəzifə səlahiyyətlərində sui-istifadə etməkdə təqsirli bilinərək ağır cəza alıblar.

Hökmə əsasən Vüqar Hüseynov və Hikmət Vəlizadə 8 il azadlıqdan məhrum ediliblər. Həbsdə saxlanıldıqları müddət çıxılmaqla üzərlərində 6 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Barələrində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Nazirlər Kabineti yanında yaradılıb.

Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. 19 aprel 2023-cü ildə BNA ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyul 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri