Daha iki həkimin qanunsuzluğunun üstü açıldı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız şəxslərin plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib.
Bəlli olub ki, cəmiyyətdə plastik-cərrah kimi tanınan Rəvan Cəfərli və Kamil Quluzadə müəssisədə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinə malik olmadan əməliyyatlarda iştirak ediblər.
Bu, fakt klinikanın tibbi qeydiyyat sənədlərində də öz əksini tapıb.
Nəticədə klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Şirkətin direktoru adıçəkilən həkimlərin klinikada əməliyyat keçirməsindən xəbərsiz olduğunu bildirsə də, məhkəmə bu izahatı məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirib.
Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə klinikanın məxsus olduğu “Kaspi TM” MMC 6000 manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















