Daha iki məşhur həbs olundu Türkiyədə narkotik əməliyyatları davam edir
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Yusuf Güney İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində tibbi müayinədən keçirilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlər İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində bir sıra tanınmış simalar saxlanılıb. Barəsində saxlanılma qərarı çıxarılan Yusuf Güney polis tərəfindən ünvanında tapılmadığı üçün onun haqqında axtarış qərarı verilmişdi.
Məlumata görə, daha sonra Yusuf Güney istintaq çərçivəsində yoxlanışından keçirilib.
İstintaq çərçivəsində aktrisa Melisa Döngel də saxlanılıb. Onun saç və qan nümunələrinin götürüldükdən sonra sərbəst buraxıldığı bildirilib.
Eyni əməliyyat çərçivəsində adı hallanan, lakin ölkə xaricində olduqları müəyyən edilən bəzi şəxslər barəsində də axtarış qərarı çıxarılıb. Onlardan biri model Şevval Şahin hazırda xaricdə olduğu üçün Türkiyəyə qayıtmayıb.
Şevval Şahin məsələ ilə bağlı açıqlamasında, ailəvi səbəblərlə İngiltərədə olduğunu və xəbərləri sonradan gördüyünü bildirib. O, işlərini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq lazımi izahatları verəcəyini deyib.
Keçən həftə həyata keçirilən əməliyyat zamanı aktrisa İrem Sak, müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və Mümine Sena Yıldız saxlanılanlar arasında olub.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir
19 Dekabr 2025 11:09
Türkiyədə də TikTok əməliyyatları başladı
27 Dekabr 2024 15:10
Türkiyədə qumar və fırıldaqçılıq əməliyyatları:
10 Oktyabr 2025 10:16
Türkiyədə FETÖ əməliyyatları zamanı 64 nəfər həbs edilib
03 Oktyabr 2025 09:32
Türkiyədə daha 84 narkotik satıcısı həbs EDİLDİ
01 May 2025 21:47
Baxış sayı:55
Bu xəbər 22 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















