Icma.az
close
up
RU
DAHA İKİ ŞƏXSƏ VƏZİFƏ VERİLDİ Fotolar

DAHA İKİ ŞƏXSƏ VƏZİFƏ VERİLDİ Fotolar

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.

Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə idarəsində başlayıb. 2018-2024-cü illərdə “SOCAR Caspian İnnovation Center” MMC-də çalışıb və 2022-ci ildən etibarən baş əməliyyatlar direktoru vəzifəsini icra edib. Bakı Ali Neft Məktəbinin müəllimidir. O, 2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

O.Quliyev 1989-cu ildə anadan olub. O, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistratura təhsili alıb.

Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə 2004-cü ildə BP şirkətində başlayıb. 2007-2012-ci illərdə “Paşa İnşaat” şirkətində Təchizat üzrə menecer kimi çalışıb.

2012-2022-ci illərdə “North West Construction” şirkətində Təchizat zəncirinin idarəolunması departamentinin direktoru, 2017-2022-ci illərdə “North West Construction” şirkətinin idarə heyətinin üzvü və şirkətin Monteneqro üzrə ölkə direktoru kimi fəaliyyət göstərib.

E.Pənahov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi kimya üzrə bakalavr təhsili alıb. Avropanın təchizat üzrə ixtisaslaşmış universitetlərinin bir çox təlimlərindən keçərək sertifikatlar əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 May 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri