Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Daha iki tanınmış ekspert AQC yə qoşuldu

Daha iki tanınmış ekspert AQC yə qoşuldu

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti geniştərkibli iclası keçirilib. İclasda təşkilati islahatlar, kadr təyinatları, sektorun hüquqi müdafiəsi və beynəlxalq əməkdaşlıq perspektivləri geniş müzakirə olunaraq strateji qərarlar qəbul edilib.
Newscenter.az xəbər verir ki, İdarə Heyətinin qərarı ilə Cəmiyyətin fəaliyyətinin effektivliyini artırmaq və sahəvi əlaqələri gücləndirmək məqsədilə mühüm kadr təyinatları həyata keçirilib. Tanınmış ekspert, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info resursunun təsisçisi Vüqar Tofiqlinin AQC-nin bələdiyyələrlə iş üzrə koordinatoru, İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, əməkdar müəllim, iqtisad elmləri namizədi Asiman Quliyevin isə Cəmiyyətin Elmi-Metodiki Şurasının üzvü təyin edilməsi yekdilliklə qəbul olunub.
AQC sədri Vüqar Oruc qeyd edib ki, bu təyinatlar bələdiyyə, cəmiyyət və dövlət qurumları arasında “körpü” rolunu oynayacaq və sahənin elmi əsaslarla inkişafına töhfə verəcək.
Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, söküntü işləri ilə bağlı problemlərin araşdırılması, vətəndaşlar və şirkətlər arasında körpü funksiyasını yerinə yetirmək üçün 5 nəfərdən ibarət yeni komissiyanın tərkibi təsdiq olunub. AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc sədr, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sədr müavini, iqtisadçı ekspertlər Asif İbrahimov, Firdovsi Xəlilov və tikinti eksperti Əşrəf Şıxəliyev komissiyanın üzvləri təyin olunub.
İclasda Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) müstəqil şirkətlərə qarşı göstərdiyi inzibati təzyiqlər – xüsusilə AQC üzvü olan qiymətləndirmə şirkətlərinin “ya biz, ya AQC” seçimi qarşısında qoyması kəskin pislənilib. Bildirilib ki, bu yanaşma azad rəqabət prinsiplərinə və Azərbaycan dövləti tərəfindən təşfiq olunan qeyri-hökumət sektorunun və assosiasiyaların inkişafı siyasətinə tamamilə ziddir.
Eyni zamanda bir sıra dövlət qurumları tərəfindən “QR kod” və iş bölgüsü ilə bağlı ləğv olunan qərarların sabotaj edildiyi, bunun qiymətləndiricilərdən gizlədildiyi vurğulanıb. AQC-nin bu hallara qarşı hüquqi mübarizəni daha sərt formada genişləndirəcəyi bəyan olunub.
Həmçinin AQC tərkibində Palatanın problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi şöbənin yaradılması qərara alınıb. İdarə Heyətinin üzvləri bu qərarı yekdilliklə dəstəklədi. Şöbə qiymətləndiricilərə Palata tərəfindən qiymətləndirmə hesabatlarında yaradılan “süni əngəllərin” qarşısının alınması ilə məşğul olacaq.
Mərkəzi Bankın təşəbbüsü ilə Milli Qiymətləndirmə standartlarını hazırlayan Texniki Komitəyə cəlb olunan Azərbaycan Banklar Assosiasiyasının (ABA) təklifləri müzakirə olunub.
Cəmiyyətin gələcək planları çərçivəsində Qırğızıstan Respublikasında keçiriləcək beynəlxalq forumda iştirak məsələsi təsdiqlənib. Həmçinin peşəkar kadr hazırlığı üçün “Master Class”, seminar və forumların təşkili, AQC-nin rəsmi YouTube kanalının aktuallaşdırılması qərara alınıb.
Sonda qiymətləndirmə sektorunun inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri