Icma.az
close
up
RU
DAHA nın mövzularına heç vaxt cəmiyyətdən reaksiya gəlməyəcək SÖHBƏT

DAHA nın mövzularına heç vaxt cəmiyyətdən reaksiya gəlməyəcək SÖHBƏT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Aqşin Yenisey: “Çünki burada kütləvi olan heç bir mövzuya yer olmayacaq”

“Biz, sadəcə, cəmiyyətin azlıqda olan, amma cəmiyyətə yön verən elitar düşüncəni hədəf almışıq”

“Biz elitar mədəniyyətlə qidalanan, özündə intellektual həzz hissini formalaşdırmış və formalaşdırmaq istəyən insanlarımıza xitab edəcəyik”

Azərbaycanda elitar mədəniyyətin müdafiəsini və təbliğini qarşısına məqsəd qoyan yeni bir platforma – “Daha.az” fəaliyyətə başlayıb. Bu təşəbbüs yalnız adi bir xəbər portalının yaradılması deyil, həm də milli-mədəni özünüdərk, intellektual dil və estetik zövq uğrunda aparılan mübarizənin növbəti mərhələsi kimi dəyərləndirilir. DAHA TV-nin yazılı davamı olan sayt, informasiya axınında istiqamətini itirən gəncləri düşüncəyə, fəlsəfəyə və sənətə qaytarmaq, Azərbaycan dilində intellektual kontent yaratmaq niyyəti ilə yola çıxıb. 

Saytın təsisçisi, şair Aqşin Yenisey Sherg.az-a müsahibəsində deyib ki, “mədəniyyəti yalnız mədəniyyətlə yenmək olar” və “Daha.az” məhz bu mübarizənin media formasındakı ifadəsidir.


- "Daha.az” saytını yaratmaq təşəbbüsü haradan qaynaqlandı, kimin ideyasıdır?

- Bu sayt bizim daha əvvəl yaratdığımız DAHA TV yutub kanalının yazılı davamıdır. Məqsədlərimiz çoxdur, ən birincisi, son illər Azərbaycanda tənəzzül dövrünü yaşayan elitar mədəniyyəti təbliğ edib insanları intellektual, estetik mühitə geri qaytarmaq, gəncləri kütləvi mədəniyyətə yoluxmaqdan qorumaqdır. Daha bir məqsədimiz dünya çapında yazılan, oxunan elmi-kütləvi mövzuları dilimizə daşımaq, dilimizi yeni söz və anlayışlarla zənginləşdirməkdir. Sosial şəbəkələr və süni zəka çağında milli mədəniyyətlər təhdid altındadır. Mədəniyyəti yalnız mədəniyyətlə yenmək olar. Bu gün inkişaf etmiş dünya yerdə qalanları təbliğ etdiyi sekulyar dəyərlərin istismarıyla müstəmləkələşdirir. Yəni bu gün liberal, sekulyar dəyərlər artıq bir müstəmləkə alətidir. Bunu müasir Avropa filosof və sosioloqları özləri etiraf və tənqid edirlər öz kitablarında. Bu kitabların heç biri dilimizə tərcümə olunmayıb. Biz eyni zamanda DAHA nəşriyyatı da təsis etmişik ki, çağımızın maarifçi ideyalarını əks etdirən kitabları dilimizə qazandıraq. Bunlar bizim məqsədlərimizin bir hissəsidir, yeganə qorxumuz onların bizim məqsədlərimiz olmaqdan çıxıb, sadəcə, arzularımıza çevrilməsidir.


- “Daha.az”-ın adında xüsusi bir simvolika varmı? DAHA TV-dən sonra “Daha.az”. Bu ad kimin seçimidir?

- DAHA ədatı mənim təklifim və heyətimizin bəyənisi ilə seçildi. Biz gurultulu mövzuların, gurultulu söz və anlayışların arxasında gizlənmək istəmədiyimiz üçün özlüyündə heç bir məna ifadə etməyən bir söz axtarırdıq. “Daha” ədatı özlüyündə heç bir məna ifadə etmir, o yalnız özündən sonrakını ya gücləndirir, ya zəiflədir. Bu, bizim ümumi ideyamıza da uyğundur. Biz yaradıcı işlərimizlə yaşamağa layiq olan ideya və dəyərləri gücləndirmək, buna haqqı çatmayan ideya və dəyərləri sıradan çıxarmağı düşünürük. “Daha” ədatı bu yolda bizə dəstək olacaq.


- Hədəfiniz nədir? “Daha.az” sizin şəxsi dünyagörüşünüzün media formasındakı ifadəsidir, yoxsa ictimai ehtiyacın nəticəsi?

- DAHA-nın mövzularına heç vaxt cəmiyyətdən reaksiya gəlməyəcək. Biz bunu bilirik. Çünki burada kütləvi olan heç bir mövzuya yer olmayacaq. Biz, sadəcə, cəmiyyətin azlıqda olan, amma cəmiyyətə yön verən elitar düşüncəni hədəf almışıq. Yaşından asılı olmayaraq elitar mədəniyyətlə qidalanan, özündə intellektual həzz hissini formalaşdırmış və formalaşdırmaq istəyən insanlarımıza xitab edəcəyik. DAHA intellektualların və estetiklərin platformasıdır. Mediativ məqsədimizə gəlincə, Azərbaycan mediasına müasir dünyanın araşdırma standartlarını gətirmək istəyirik. Yəni mənbələrə istinad edən, mövzunu mədəniyyət, elm, fəlsəfə tarixiylə əlaqələndirə bilən müəllif yazılarını. Biz tarixi qələbə qazanmışıq. Bunu hərb meydanından mədəniyyət meydanına daşımalıyıq. Amma hansı intellektlə, hansı fəlsəfi, estetik meyarlarla? Bu, çox vacib məsələdir. Sevindirici və təşəkkürə layiq bir haldır ki, bu il Mədəniyyət Nazirliyi də bizim ideyalarımızı dəstəklədi və biz birlikdə artıq iki layihənin icrasına başlamışıq. Onlardan biri “Fikir vaxtı”, digəri “Beyin fırtınası” adlanır. Yaxın günlərdə hər iki layihə cəmiyyətə təqdim olunacaq.


- “Daha.az” digər ədəbiyyat portallarından nə ilə fərqlənəcək? Hansı boşluğu doldurmağı hədəfləyir?

- Bizim rəqabət aparmaq iddiamız və fikrimiz yoxdur. Rəqabət ümumi yolu bölüşə bilməyənlərin işidir. Bizim öz yolumuz var. Müstəqillik dövrünün ən ciddi imzaları artıq DAHA-dadırlar. Bu adamların hərəsinin öz yaradıcı dünyası var və bu dünyaları qurmaq üçün ağır sınaqlardan keçiblər. DAHA dəyərləri saf-çürük edib qorumaqla yanaşı, daha çox yeni dəyər yaratmaq istəyənlərin platformasıdır. Bunun üçün heyət tam “silahlanmış” vəziyyətdədir. Biz bayaq dediyim kimi, yeri bu gün boş qalan elitar mədəniyyəti inşa edəcəyik. Həm də yeni dəyərlər üzərində.


- Saytda ancaq ədəbi-mədəniyyət yönümlü yazılar olacaq, yoxsa aktual-sosial və siyasi mövzulara da yer veriləcək?

- Yetər ki, mövzu tarixlə, fəlsəfəylə, sənətlə, elmlə, sosioloji araşdırmalarla əsaslandırılsın. “Beyin suyuna” istinad etməsin. Oxucunun, tamaşaçının təfəkkürünün, bilgilərinin üfüqlərini genişləndirsin, ona dünyaya başqa bucaqdan baxmağın mümkünlüyünü göstərsin, estetik zövqünü zənginləşdirsin. Gerisi önəmli deyil. Bilirsiniz, əxlaq çatışmazlığı bilgisizlikdən doğur. İntellektual adamın əxlaqi problemi ola bilməz. Biz bəzən təhsilli adamla intellektual adamı qarışdırırıq. İnsan ömrü boyu təhsil alıb heç bir şey öyrənməyə bilər, ola da bilər ki, bir kitab oxuyub yerin-göyün fəlsəfəsini dərk edər. Bizim mövzularımız xüsusilə yeni yetişən gənclərin əxlaqını intellektual prinsiplər üzərində formalaşdırmağa hesablanıb və hesablanacaq. Biz Azərbaycan dilini folklorik bəsitlikdən smart, intellektual dilə çevirmək istəyirik. Bunu bizdən çağımızın şərtləri tələb edir.


- Ədəbi zövq məsələsində redaksiya hansı prinsipə əsaslanacaq? Müasirlik, klassika, yoxsa eksperiment?

- Burada ayrı-seçkilik etmək fikrimiz yoxdur. Sadaladığınız və sadalamadığınız sənət axımlarının hər birinin öz funksionallığı var. Yetər ki, yanaşma bayağı olmasın.


- Saytın ilk kontent strategiyası və redaksiya xətti necə formalaşdırıldı?

- Bu redaksiya uzun illərdir ki, formalaşmışdı. Yəni DAHA-nın heyəti DAHA olmasaydı da vardı. Sadəcə, biz ayrı-ayrılıqda öz yazı və fikirlərimizlə çıxış edirdik. Bu gün bu işləri bir ad altında görəcəyik.


- Yaxın gələcək üçün əsas planlar nələrdir? Hansı rubrikalar olacaq, videokontent, podkast kimi layihələr gözlənilirmi?

- DAHA-nın əsas vəzifə və öhdəliklərindən biri Azərbaycan mədəni irsini, fəlsəfi fikrini, elmi düşüncəsini rəqəmsal platformaya daşımaqdır. DAHA TV-də indi də baxıb bizim yanaşmalarımızla tanış olmaq olar. Çünki DAHA.az saytı yeni yaransa da, bizim DAHA TV yutub kanalı iki ildir ki, öz videokontentləriylə yayımdadır. Yaxın gələcəkdə rəqəmsal yaradıcılığımızda daha fərqli layihələrimiz olacaq. Rəqəmsallıq həddindən artıq texniki işdir, çox vaxt alır.


- Bu günə qədər çox sayda ədəbi portal yaradılıb, lakin sonradan gözlənilən nəticəni ala bilməyib. Ölkədə ədəbi portallara maraq yoxdur, yoxsa yaranan saytlar oxucunun marağını cəlb edə bilmir?

- Biz DAHA TV-ni yaradanda mənə xəbər kopyalayan saytların birindən yüksək maaşla redaktor təklifi gəldi. Təşəkkür edib bildirdim ki, biz özümüz mədəniyyət kanalı yaradırıq və imtina etdim. Təklif sahibi kinayəli bir şəkildə dedi ki, kimdir Azərbaycanda mədəniyyətə pul verən, siz də peşman olacaqsınız. Ancaq mən sənətin, mədəniyyətin namusunu pula satan adam deyiləm, peşman olmaq qorxum da yoxdur. Bu günə qədər bu yolda itirdiklərimin sayı da qazandıqlarımdan qat-qat çox olub. Mənim üçün sənətdən, fəlsəfədən uzaq dünya cəhənnəmdir. Biz DAHA TV-ni yaratdıq və məlum oldu ki, ölkədə nə qədər insan belə bir kanalın yolunu gözləyirmiş. İlk layihələrimiz ADA, UNEC kimi universitetlərlə başladı. Bu gün isə Mədəniyyət Nazirliyi ilə birgə layihələrimizin icrasına başlayırıq. Razıyam ki, bu cür intellektual layihələri cəmiyyətdən gözləntilərə hesablayıb başlamaq və davam etdirmək sadəlövhlükdür. Bu cür layihələrin arxasında mütləq elitar bir dəstək olmalıdır. Mədəniyyət kütləvi hadisə deyil, elitar, aristokratik instinktlərin nəticəsidir. Nə yaxşı ki, cəmiyyətimizdə bu instinktlərə sahib insanlar həmişə olub, bu gün də var, sabah da olacaq. Bizim bu işdə itirəcəyimiz bir şey yoxdur, amma cəmiyyətimizin qazanacağı çox şey var. Biz DAHA TV-də uşaqlar üçün Azərbaycan dilində bilgi əsaslı kontentlər düşünürük. Bu gün uşaqları valideynlər deyil, telefonlar böyüdür və o telefonlar bizim uşaqlarımızla yad mədəniyyətlərin dilində danışır. DAHA TV-nin əsas məqsədlərindən biri uşaqlarımızı bu dil müstəmləkəçiliyindən xilas etməkdir. Bu, gələcəyi yaradan bir məqsəddir.


- “Daha.az” saytında daimi müəlliflər kimlərdir? Dərc olunan yazıların müəlliflərini özünüz cəlb edirsiniz, yoxsa özləri göndərirlər?

- Daimi müəlliflərimiz heyət üzvləridir. Burada Qismət Rüstəmovun, Yalçın İslamzadənin, Nərmin Kamalın, Sahilə Yayanın, Könül Həsənqulunun, Anar Rəhimovun, Mətləb Muxtarovun və digər yaradıcı insanların adını çəkə bilərəm. Amma bu heyət genişlənməkdə davam edir. Bizə müxtəlif müraciətlər olur. Amma saytda yazısının yayımlanmasını istəyən şəxs öncə orada yayımlanan yazıları izləməlidir ki, söhbətin hansı səviyyəli yazılardan getdiyini görsün və nəticə çıxarsın. Həm DAHA-ya üzv olmaq, həm DAHA.az-da yazı yayımlamaq heyətimizin səs çoxluğundan asılı olacaq. Biz səs çoxluğu qazanmış yazılara qonorar da nəzərdə tutmuşuq. İstəyirik Azərbaycanda intellektual əmək bazarı formalaşsın. Azərbaycan mediasında və efirlərində ağıllı, istedadlı adamlara ictimai hambal gözüylə baxırlar. Bu çox əxlaqsız bir ənənədir. Biz bu ənənəni ortadan qaldırmağı düşünürük. Kitab oxumaq və nəticə çıxarmaq ən ağır işlərdən biridir və hər adamın başı üçün deyil. Bu ən ağır işə görə Azərbaycanda heç kimə pul vermirlər. Biz 20 ən yaxşı Azərbaycan hekayəsini dörd dilə tərcümə edirik hazırda. İlk redaktorumuz Nyu-Yorkdan bir ədəbiyyatşünas olsun istədik. 200 səhifəlik kitabın redaktəsinə görə bizdən 42 min manat qonorar istədi. Halbuki o kitabın Azərbaycandakı redaktə dəyəri 360 manatdan o tərəfə keçməz. İntellektual əməyə onların və bizim verdiyimiz dəyərin fərqini özünüz düşünün.


- Yalnız tanınmış imzalarla işləyəcəksiniz, yoxsa gənc və yeni qələm sahiblərinə də yer verəcəksiniz?

- Biz müəlliflərlə deyil, mətnlərlə işləyəcəyik.


- Oxucu auditoriyanız hansı təbəqədir?

- Bu barədə az əvvəl də danışdıq. Özündə intellektual, estetik həzz hissi formalaşdırmış və formalaşdırmaq istəyən hər kəs bizim oxucumuz ola bilər. Burada yaş həddi yoxdur. Amma gənclərin daha çox oxumasına sevinərdik. Çünki biz ölkəni onlara təhvil verəcəyik.


- Maliyyələşmə və portalın davamlılığı necə təmin olunacaq? Bu sahədə hansı çətinlikləri gözləyirsiniz?

- Bu, bizim mətbəx sirrimizdir və düşünürəm ki, bu yalnız bizi maraqlandırmalıdır.

- Uğurlar!

- Təşəkkür edirəm!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see285

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see231

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see221

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see210

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see175

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see147

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see137

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see134

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see127

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see121

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see121

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see120

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see120

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see119

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see116

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see116

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see115

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see115

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri