Icma.az
close
up
RU
DAHA QORXULU, DAHA AMANSIZ...

DAHA QORXULU, DAHA AMANSIZ...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurəddin İSMAYIL

İşğalçılıq, ekspansionizm, ta yaranışdan rus dövlət sisteminin xarici siyasət kursunda daim prioritet olub. Formasiyalar dəyişsə, çar Rusiyasını sovet Rusiyası əvəzləsə də, bu dövlətin öz ərazilərini başqa dövlətlərin torpaqları hesabına genişləndirmə, işğal yolu ilə ələ keçirmə siyasəti dəyişməyib və onun xislətindən doğan bu imperial ambisiya çağımızda da davam etməkdədir.

İqtisadi, siyasi sistemində çöküş yarananda, təcavüzkar siyasətinə görə ağır sanksiyalara məruz qalanda müvəqqəti ləngərləmə, geri çəkilmə müşahidə olunsa da, beynəlxalq hüquq sistemində boşluq yaranan kimi onun hərbi təcavüz planları dərhal işə düşür və ilk hədəfi dünənə qədər onun ictimai sisteminə bağlanmış, lakin sonradan müstəqillik əldə etmiş dövlətlər olur.

Ukrayna müharibəsindən dolayı üç ildən artıq müddətdə qınına çəkilən Putin Rusiyası Tramp administrasiyasının yaratdığ münbit şəraitdən, Ukraynanı kapitulyasiya aktına imza atdırmaq planının onun xeyinə işləməsindən yararlanaraq, mövqeyi, təsir dairəsi zəifləyən Orta Asiya və Cənubi Qafqaz ölkələrinə yenidən barmaq silkələməyə başlayıb.

Hazırkı gosiyasi dəyişilmələr, sabitliyini itirən beynəlxalq şərtlər, dünənə qədər Qərb dünyasının potranajı rolunda çıxış edən ABŞ-nin hazırkı administrasiyasının merkantil maraqlarının önə çıxması sanki bu irticaçı dövlətin əlinə oynayır və Rusiya bu münbit şərtlərdən, Avropa İttifaqi ilə ABŞ arasında yaranan fikir ayrılığından məharətlə bəhrələnib Ukraynanı dizi üstə qoymaq, təslimçi sülhə zorlamaq istəyir.

Arxasından ABŞ-nin çəkildiyi, Aİ-nın tərəddüddə qaldığı, sahibsiz buraxılan Ukraynanın hazırkı durumu doğrudan da acınacaqlıdır. Qarşı-qarşıya gəldiyi dövlət din, dil baxımından nə qədər yaxın olsa da siyasəti din, dil birliyi tanımayan, təcavüzkar planları üçün yeri gələndə ən yaxın qardaşını hədəf seçən, məfkurəsi, dünya görüşü ona yad olan işğalçı bir dövlətdir. V.Zelenskinin təbirincə desək, diqtə edilən şərtlər Ukraynanın ya ləyaqətini, ya da yaxın müttəfiqini itirmək anlamına gəlir.

Rusiyanın başı müharibədən, tətbiq edilən sanksiyalardan ayıldıqca hərbi hədəfə çevirmək istədiyi istiqamət, bu gün Çinlə, Avropa İttifaqı ilə müstəqil siyasət qurmaq istəyən və istədikcə adı çəkilən ölkənin bu və ya digər formada təzyiqi ilə üz-üzə gələn Orta Asiya ölkələridir. Bu ölkələr də MDB, KTMT adlı qurumların yaradıcısı, lokomotivi, əsas hərbi gücü olan Rusiyanın imperia ambisiyasının növbəti qurbanı olmaqdan hələ ki, tam sığortalanmayıb.

Bu gün Rusiyanın ən çox diş qıcadığı, nüfuz dairəsinin getdikcə daraldığı, itirilməsindən bərk əndişə duyduğu region Cənubi Qafqaz və son illər bu bölgə rəhbərlərinin Rusiyadan kənar alternativ siyasət kursuna üstünlük vermələridir. Cənubi Qafqaz resursları, coğrafi şəraiti, strateji önəmi, İran, xüsusilə NATO ölkəsi olan Türkiyəni nəzarət altında saxlamaq baxımından Rusiyanın xarici siyasətində daim diqqət mərkəzində olub.

Konkret Azərbaycana gəldikdə isə, iki ölkə arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə gərginlik fazasına daxil olduğu göz qabağında. Hədə-qorxular, müharibə çağırışları, media bossları, Kreml sözçüləri tərəfindən Azərbaycan üçün bitmiş Qarabağ faktorunun yenidən gündəmə gətirilməsi, Ermənistanın silahlandırılmaya təşviq edilməsi, Ukrayna müharibəsi bitdikdən sonra Rusiyanın Cənubi Qafqaza yenidən əl qoyacağı ilə bağlı sərsəm bəyanatlar heç də beş il əvvəl Azərbaycanla Rusiya arasında əldə edilən razılaşmalardan, strateji müttəfiqlikdən, ərazi bütövlüyünə sadiqlikdən xəbər vermir.

Azərbaycanla Ermənistan arasında ikili münasibətlər yarandığından, sülh sazişinin Trampın iştirakı ilə paraflanmasından, Zəngəzur dəhlizinin açılması prosesinin onun iradəsindən kənar başlanmasından aqressivləşən Rusiya Ermənistanı yenidən silahlanmaya sövq etdiyi kimi, Azərbaycanı da hədəfə çevirərək, mülki təyyarəsini vurmaq, Ukrayna ərazisində yerləşən neft rezervuarlarını bombalamaq, ərazisində mühacir həyatı yaşayan soydaşlarımıza işgəncələr vermək, deportasiya etmək, öldürmək kimi qeyri insani addımlardan tutmuş, ölkəmizdə yerləşdirdiyi beşinci kolonu işə salmaq kimi iyrənc üsullarla sınağa çəkir.

Son vaxtlar ölkə daxilində SSRİ bayrağının müxtəlif tədbirlərdə qaldırılması, Rusiya ilə bağlılığı şübhə doğurmayan qüvvələrin açıq və gizli formada aktivləşməsi, barəsində hakimiyyəti zorla ələ keçirmək ittihamı irəli sürülən Ramiz Ənvəroviçin və bu işdə əli olan şəxslərin aşkarlanması Rusiyanın ölkəmizə qarşı mənfur niyyətlərinin bitmədiyini, əksinə daha qorxulu, daha amansız formada davam etdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri