Icma.az
close
up
RU
Daha sonra Zəfərin 5 ci ildönümünə KONKRET

Daha sonra Zəfərin 5 ci ildönümünə KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

7 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfərin 5-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, artıq 5-ci ildir qeyd olunan Zəfər Günü Azərbaycan xalqının yenilməz iradəsinin, milli birliyinin və Müzəffər Ali Baş Komandanın qətiyyətinin simvoludur. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi məharəti sayəsində qazanılan böyük uğurlar media müstəvisində də geniş əks-səda yaratdı, hərbi əməliyyatlar zamanı cənab Prezidentin dünyanın aparıcı media qurumlarına verdiyi onlarla müsahibə münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı, ölkə mediası isə Vətən müharibəsinin gedişi barədə məlumatları xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə yayımladı. İcraçı direktor həmçinin Böyük Qayıdış dövründə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin işıqlandırılmasında, Zəfər ruhunun yaşadılması və milli həmrəyliyin möhkəmlənməsində medianın rolunu vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli və Agentliyin aparat rəhbəri Rəqsanə Kərimova 8 Noyabr tarixinin Azərbaycan dövlətinin, ordusunun, xalqının və diplomatiyasının qələbəsi, xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi kimi hər bir azərbaycanlının yaddaşına əbədi qürur və fəxarət günü kimi həkk olunduğunu vurğulayaraq tarixi həqiqətlərimizin gələcək nəsillərə ötürülməsində, Zəfər salnaməsinin dünyaya çatdırılmasında media nümayəndələrinin yorulmaz fəaliyyətlərindən bəhs ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri