Icma.az
close
up
RU
“Daha vacibi basketbol düşüncəsini inkişaf etdirmək, oyunları anlamaqdır” Anar Sarıyevin ə MÜSAHİBƏSİ

“Daha vacibi basketbol düşüncəsini inkişaf etdirmək, oyunları anlamaqdır” Anar Sarıyevin ə MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümündə B qrupunun favoritlərindən biri olan “Sərhədçi” komandası turnirin birinci hissəsini “Quba” üzərində 97:78 hesablı qələbə ilə başa vurub və qrupda üçüncü yeri tutub. Klub bir müddət əvvəl heyətini Özbəkistandan olan basketbolçu Anvar Asanovla gücləndirdiyini açıqlayıb. Artıq bu şənbə “Sərhədçi” yeni ildə ilk oyununu “Lənkəran” komandası ilə keçirəcək.

İdman.Biz-ə müsahibəsində “Sərhədçi”nin baş məşqçisi və Azərbaycan millisinin məşqçisi Anar Sarıyev mövsümün aralıq yekunlarını dəyərləndirib, komandanın ölkə kubokunda iştirakı ilə bağlı gözləntilərini bölüşüb, həmçinin azərbaycanlı basketbolçuların inkişafı barədə fikirlərini səsləndirib.

- “Sərhədçi” üçün mövsümün birinci yarısını necə qiymətləndirirsiniz?

- Mövsümün başlanğıcı bizim üçün istədiyimiz kimi alınmadı. Lakin sona yaxın, çoxlu matçlar uduzmağımıza baxmayaraq, komanda daha keyfiyyətli oyun göstərməyə başladı. Hazırda ən vacib məsələ - əvvəlcədən hansı gözləntilərin olmasından və nəticənin necə formalaşmasından asılı olmayaraq, işi davam etdirməkdir.

- Sizcə, komandanın pley-offa yüksəlmək şansı varmı?

- Bizim vəzifəmiz işləmək və mümkün olan maksimum nəticəyə nail olmaqdır. Hesab edirəm ki, oyunlara daha yaxşı başlamalıyıq - bu, çox vacibdir. Bizə qələbələr lazımdır, çünki məhz onlar komandanın pley-offa düşüb-düşməyəcəyini müəyyənləşdirir.

- Bu yaxınlarda “Sərhədçi” Anvar Asanovla gücləndi. Bu oyunçu sizi nə ilə cəlb etdi?

- O, Azərbaycanda ali təhsil alır. Keçən il “Sərhədçi”də çıxış edib və komanda ilə oynamağı davam etdirmək təşəbbüsü göstərdi. Mən buna qarşı olmadım – onu məşqlərə dəvət etdik, baxdıq və kluba cəlb etdik. Əminəm ki, bizə kömək edə biləcək.

- Gələn həftə basketbol üzrə Azərbaycan Kubokuna start veriləcək. Qarşınıza hansı məqsədləri qoyursunuz?

- 1/8 final mərhələsində “Şəki” komandası ilə qarşılaşacağıq. Bu mərhələdə əsas məqsədimiz həmin oyunu yaxşı keçirmək və qələbə qazanmaqdır.

Kubokda 3–2 prinsipi tətbiq olunur (komandanın meydançadakı heyətində eyni anda maksimum üç legioner ola bilər – red.), və bu baxımdan azərbaycanlı oyunçuların keyfiyyətli oyun göstərməsi çox vacibdir. “Sərhədçi”də çoxlu gənc basketbolçu var. Nəcə ki, Kubokda ən güclü heyətlə çıxış etməyəcəyik, çünki Nicat Nəsirov və Ramazan Qarayevin xidmətlərindən yararlana bilməyəcəyik, buna baxmayaraq komandama inanıram. Oyunçularıma etibar edirəm.

- Sizcə, Kubokun favoriti kimdir?

- Favoritlər heyətində güclü milli üzvləri olan klublardır. Onların arasında, təbii ki, “Sabah” və “Neftçi”ni qeyd edərdim.

- Siz eyni zamanda milli komandanın məşqçisisiniz. Avrobasket-2027-nin seçmə mərhələsində yığmanın perspektivlərini necə qiymətləndirirsiniz?

- Açığı, birinci mərhələ istədiyimiz kimi alınmadı. Şimali Makedoniya ilə oyunun çox çətin olacağını bilirdik. Bakıda Lüksemburqa qalib gəlmək istəyirdik və 20 xal geridə olmağımıza baxmayaraq, son dəqiqəyə qədər mübarizə apardıq və qələbəyə çox yaxın olduq.

Bununla belə, inanırıq ki, ikinci mərhələ bizim üçün daha uğurlu keçəcək. Heç olmasa, kubok oyunlarında milli komandanın oyunçuları daha çox oyun vaxtı alacaq və təcrübə toplayacaqlar.

- ABL-də dörd legioner – bir yerli formatının milli komanda üzvlərinin səviyyəsinə təsir etdiyini düşünürsünüzmü?

- Mən əvvəlki illərdə də demişəm ki, 3–2 formatı yerli basketbolçuların inkişafı üçün daha faydalı olardı. Lakin hazırda basketbolçularımız artıq təcrübə və peşəkarlıq qazanıblar və 4–1 formatı, mənim fikrimcə, özünü doğruldur. Milli komandanın üzvləri öz oyunları ilə meydançada daha çox vaxt almağa layiq olduqlarını göstərməlidirlər.

Eyni zamanda hesab edirəm ki, ikinci liqa mütləq lazımdır. Bəzi gənc basketbolçular kifayət qədər oyun vaxtı almır və oyun praktikası çatışmazlığı yaşayırlar. Buna görə də gələcəkdə ikinci liqanın yaradılması ilə bağlı qərar çox düzgün addımdır.

- Azərbaycanlı basketbolçuların fiziki durumunu necə qiymətləndirirsiniz?

- Mən yalnız fiziki göstəricilərdən danışmazdım. Mənim üçün daha vacibi basketbol düşüncəsini, oyunu anlamağı görməkdir. Fiziki hazırlıq, şübhəsiz ki, vacibdir, amma mən daha çox maraqlı basketbolçuların ortaya çıxmasını istəyirəm.

- Gənc basketbolçulardan kimləri fərqləndirə bilərsiniz?

- Kimisə ayrıca qeyd etmək istəməzdim. Hamı çalışır, işləyir. Biz tez-tez gənclər komandalarının məşqçiləri ilə ünsiyyətdə oluruq, onlardan oyunçular barədə məlumat alırıq. Elə basketbolçular var ki, məşqlərə hamıdan tez gəlir, hamıdan gec gedirlər - bu artıq onların oynamaq istəklərinin və daha çox dəqiqə qazanmaq arzularının göstəricisidir. Bu, çox müsbət və ümidverici məqamdır.

- Sonda deyin, Avropa basketbolunu izləyirsinizmi? Hansı klublara üstünlük verirsiniz?

- Bəli. Avroliqadakı oyunların səviyyəsi çox xoşuma gəlir – demək olar ki, hər matç maraqlıdır. Xüsusilə izləməyi sevdiyim 3–4 komanda var. İlk növbədə Ergin Atamanın komandası olan “Panatinaikos”u qeyd edərdim. Bu mövsüm “Valensiya” da xoşuma gəlir, illərdir onu izləyirəm. Həmçinin “Jalgiris”i fərqləndirə bilərəm və, əlbəttə ki, “Olimpiakos”u unutmaq olmaz. Obradoviç dönəmində “Partizan”ı çox sevirdim, amma indi komanda eniş dövrünü yaşayır. “Real Madrid” isə hələ də özünəməxsus üslubu olan klublardan biridir – heyətdə gənclərdən geri qalmayan təcrübəli oyunçular var.

Hazırda “Fənərbağça” qrupda birinci yerdə gedir və bunu görmək xoşdur. Mənim dövrümdə liderlər, bir qayda olaraq, eyni klublar olurdu – MOİK, “Barselona”, “Real”, “Partizan”. Basketbol xeyli dəyişib, komandalar artıq fərqli oynayır, üslub daha rəngarəng olub.

Leyla Eminova

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri