“Daha yaxşısını etməli idik, amma alınmadı” Tahir Baxşıyev
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda mübarizədə NTD-İNDİQO “Xırdalan”ı məğlub edərək bürünc medallara sahib çıxıb.
Futbolpress.az xəbər verir ki, NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev “Xırdalan”a qarşı hər iki matçın çətin keçdiyini deyib:
Xırdalan”a qarşı ikinci oyun bizim üçün daha çətin oldu. Ancaq bu matçdan əvvəl də aydın idi. Mövsümün sonunda oynamaq çətindir. Uşaqları qələbə münasibətilə təbrik edirəm. Biz minimum məqsədə çatmışıq. Amma komandanın potensialı daha yüksəkdir. Ancaq bu idmandır və hər şey olur. Gələn mövsüm daha yaxşı oynamağa çalışacağıq. Yarımfinalda nə çatışmadı? “Xəzri”yə qarşı ikinci oyunda öndə idik, amma sonra əlavə vaxtda məğlub olduq. Bu oyunda çox səhv etdik. Bu basketboldur və hətta bir dəqiqə ərzində hər şey dəyişə bilər. Buna görə basketbol ən möhtəşəm idman növlərindən biridir. Daha yaxşısını etməli idik, amma alınmadı. Basketbolçuları, məşqçiləri və klub prezidentini bir daha təbrik edirəm”.
Finalda isə “Xəzri” “Sabah”la qarşılaşacaq. Bu komandalar arasında keçirilən ilk oyunda “Xəzri” rəqibini məğlub etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 29 Avqust 2026 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















