Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Daim inkişafa, tərəqqiyə doğru

Daim inkişafa, tərəqqiyə doğru

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dekabrın 8-də Bratislavada Prezident İlham Əliyevin səsləndirdiyi bəyanat Azərbaycan dövlətçiliyinin müasir dövrdə gəldiyi ən ali siyasi mərhələnin ifadəsi kimi tarixə yazıldı. Bu bəyanat təkcə regional təhlükəsizlik məsələlərinə münasibət deyil, həm də Azərbaycan Respublikasının qlobal siyasi nizam içində öz yerini necə müəyyənləşdirdiyinin, hansı prinsiplərlə hərəkət etdiyinin və gələcəyin diplomatik xəritəsini hansı konturlarla formalaşdırdığının manifestidir. Bratislava çıxışı göstərdi ki, Azərbaycan artıq təkcə müstəqil dövlət deyil, həm də regionun siyasi arxitekturasını müəyyən edən strateji mərkəzdir. Bratislava bəyanatının ən böyük üstünlüyü ondadır ki, o, Azərbaycanın 30 illik tarixi ədalətsizliyə verilən qəti cavabını, beynəlxalq münasibətlər sistemində yeni mövqeyini və son dörd il ərzində formalaşdırılmış geosiyasi reallıqları ardıcıllıqla, məntiqi siyasi konstruksiya şəklində təqdim edir. Prezident İlham Əliyev açıq şəkildə göstərdi ki, Cənubi Qafqazda yeni dövrün başlanğıc nöqtəsi artıq Azərbaycanın qələbəsidir. Bu qələbə diplomatik bəyanatların yox, ordunun gücünün, xalqın birliyinin və dövlət iradəsinin nəticəsidir.

Cənab Prezidentin Bratislava çıxışında bəyan etdiyi mövqelər Cənubi Qafqazda güc balansının tamamilə dəyişdiyini təsdiqləyir. Azərbaycan 2020-ci ildən bəri yalnız öz torpaqlarını azad etmədi, həm də illərlə dondurulmuş və dünya birliyinin məsuliyyətsiz münasibəti səbəbindən həll olunmayan münaqişəni kökündən aradan qaldırdı. Bununla Azərbaycan yeni siyasi düzənin qurulması prosesində aparıcı aktora çevrildi. Bratislavada cənab Prezident İlham Əliyev açıq şəkildə mesaj verdi ki, artıq bölgədə hadisələrin axarını başqaları deyil, Azərbaycan müəyyən edir. Azərbaycanın siyasi iradəsi yalnız beynəlxalq hüquqa deyil, həm də tarixi haqqın gücünə söykənir. Bu isə onu regionun ən etibarlı siyasi dayağına çevirir. Prezident İlham Əliyevin bəyanatında beynəlxalq təşkilatlarla bağlı səsləndirilən fikirlər xüsusi diqqətə layiqdir. O, çox aydın bildirdi ki, 30 il ərzində bu qurumlar Azərbaycan xalqının səsinə, işğal gerçəklərinə və milyonlarla insanın hüquqlarının pozulmasına biganə qaldılar. Nə BMT qətnamələri yerinə yetirildi, nə də ATƏT-in vasitəçilik mexanizmi real nəticə verdi. Ədalət yalnız Azərbaycanın öz gücü ilə bərpa olundu. Bu fikir beynəlxalq aləmə çox mühüm mesajdır: Azərbaycan artıq başqalarının ədalətinə ümid bəsləməyən, öz haqqını özü təmin edən, suverenlik prinsiplərini isə kiminsə təzyiqinə qurban verməyən dövlətdir. Bratislava bəyanatı göstərdi ki, Azərbaycan beynəlxalq hüququn mahiyyətini qoruyan, lakin onu manipulyasiya edən qurumların diktəsinə boyun əyməyən müstəqil gücdür. Bratislava bəyanatının siyasi ağırlıq mərkəzlərindən biri Ermənistanla münasibətlərə dair cənab Prezidentin strateji yanaşmasıdır. Dövlət başçısı aydın şəkildə bildirdi ki, bu gün bölgədə sülhün əldə olunması yalnız bir şərtlə mümkündür. Ermənistan revanşizm və manipulyasiya siyasətindən tam və qətiyyətlə imtina etməlidir. Azərbaycanın suverenliyinə qarşı istənilən iddia, tarixi saxtalaşdırmaq cəhdləri və yeni gərginlik yaratmaq təşəbbüsləri artıq əvvəlki kimi cavabsız qalmayacaq. Prezident İlham Əliyevin bu mövqeyi bölgə üçün çox ciddi siqnaldır. Artıq keçmişin köhnə oyunları bitib, Cənubi Qafqazda yeni siyasi düzən var və bu düzənin mərkəzində Azərbaycan dayanır. Ermənistanın bu reallığı qəbul etməsi, tarixi səhvlərdən nəticə çıxarması və gələcəyə rasional baxması sülhün əsas şərtidir. Bratislava çıxışı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərində də çox mühüm siqnallar ehtiva edir. Azərbaycan bu gün Avrasiyanın enerji xəritəsini müəyyən edən aparıcı mərkəzlərdən biridir. Transxəzər marşrutları, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars xətti və digər qlobal layihələr dövlətimizin geostrateji mövqeyini gücləndirir. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər göstərdi ki, Azərbaycanın tərəfdaşlığı şərtsiz, mütləq hörmət üzərində qurulmalıdır. Hər bir dövlət və təşkilat bilməlidir ki, Azərbaycanla münasibətlər yalnız bərabər statusda mümkündür. Bu, artıq beynəlxalq siyasətdə Azərbaycanın öz çəkisini nə qədər artırdığını sübut edir. Azərbaycan bu gün təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında siyasi dinamikanı yönləndirən dövlət kimi çıxış edir.
Prezident İlham Əliyevin Bratislavada səsləndirdiyi bəyanat bu rolun ideoloji çərçivəsini, siyasi mahiyyətini və gələcək inkişaf meyarlarını müəyyənləşdirir. Bu bəyanat göstərir ki, Azərbaycan artıq tarixin müşahidəçisi deyil, tarixi yazan və onu yönləndirən dövlətdir. Suverenliyini öz gücü ilə bərpa etmiş Azərbaycan bu gün siyasi sabitlik, regional liderlik və qlobal tərəfdaşlıq modelinin nümunəsidir.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see322

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see268

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see228

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see228

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see222

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see221

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see214

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see211

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see211

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see208

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see202

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see200

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see192

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see187

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see187

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see186

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see185

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see181

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see175

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri