Icma.az
close
up
RU
“Daimi sülh və rifah Bəyannaməsi“: Şarm əl Şeyxdə nə imzalanıb?“ BBC

“Daimi sülh və rifah Bəyannaməsi“: Şarm əl Şeyxdə nə imzalanıb?“ BBC

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu günə gəlmək üçün bizə üç min il lazım olub, təsəvvür edirsinizmi?.."

ABŞ, Misir, Qətər və Türkiyə liderləri Yaxın Şərq üçün vahid bəyanat yayıb

ABŞ administrasiyası Şarm əl-Şeyxdə keçirilən "Sülh sammiti"ndə qəbul edilən və "Trampın daimi sülh və rifah Bəyannaməsi" adlandırılan sənədin tam mətnini yayımlayıb. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Bəyanat ABŞ prezidenti Donald Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Təmim bin Həməd Al-Tani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Sənəddə vurğulanır ki, Yaxın Şərqdə sabit sülh yalnız əməkdaşlıq, dialoq və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi yolu ilə mümkündür.

Bəyannamənin tam mətni

"Biz, aşağıda imza atanlar, Trampın Sülh Sazişinin bütün tərəflər tərəfindən tarixi sədaqət və tam şəkildə həyata keçirilməsini alqışlayırıq. Bu saziş iki ildən artıq davam edən dərin iztirab və itkilərə son qoyaraq, region üçün ümid, təhlükəsizlik və ümumi rifah görünüşü ilə müəyyən olunan yeni bir fəsil açıb.

Biz prezident Trampın Qəzzada müharibəni dayandırmaq və Yaxın Şərqdə uzunmüddətli sülh yaratmaq səylərini səmimi şəkildə dəstəkləyirik. Birlikdə bu sazişi elə şəkildə həyata keçirəcəyik ki, regionun bütün xalqları - həm fələstinlilər, həm də israillilər sülh, təhlükəsizlik, sabitlik və imkanlardan faydalansınlar.

Biz başa düşürük ki, davamlı sülh yalnız o zaman mümkün olacaq ki, həm fələstinlilər, həm də israillilər öz əsas insan haqlarını, təhlükəsizlik zəmanətlərini və ləyaqətlərinə hörməti təmin edib çiçəklənə bilsinlər.

Biz təsdiq edirik ki, əhəmiyyətli irəliləyiş əməkdaşlıq və davamlı dialoq yolu ilə əldə edilir və ölkələr ilə xalqlar arasında əlaqələrin gücləndirilməsi regional və qlobal sülhün, sabitliyin dəyişməz maraqlarına xidmət edir.

Biz bu regionun dərin tarixi və mənəvi əhəmiyyətini qəbul edirik; buraya kökləri bu torpağa bağlı olan xristianlıq, islam və iudaizm kimi dinlər daxildir. Bu müqəddəs bağlara hörmət və onların irsinin qorunması bizim dinc yanaşı yaşamağa olan sədaqətimizin əsas vəzifəsi olaraq qalacaq.

Biz ekstremizm və radikallaşmanın bütün formalarını aradan qaldırmaqda qətiyyətliyik.  Zorakılıq və irqçiliyin norma olduğu, radikal ideologiyaların isə vətəndaş cəmiyyətinin mahiyyətini təhdid etdiyi heç bir cəmiyyət çiçəklənə bilməz. Biz ekstremizmə şərait yaradan amillərlə mübarizə aparmağı, təhsili, imkanların genişləndirilməsini və qarşılıqlı hörməti davamlı sülhün təməli kimi təşviq etməyi öhdəmizə götürürük.

Biz gələcək mübahisələri güc yolu ilə deyil, diplomatiya və danışıqlar vasitəsilə həll etməyi öhdəmizə götürürük. Biz başa düşürük ki, Yaxın Şərq sonsuz müharibələr, tıxanmış danışıqlar yaxud seçmə üsulla tətbiq olunan razılaşmalar dövriyyəsində yaşaya bilməz. Son iki ildə baş verən faciələr xatırlatmalıdır ki, gələcək nəsillər keçmişin uğursuzluqlarından daha yaxşısına layiqdir.

Biz dözümlülük, ləyaqət və hər kəs üçün bərabər imkanlar üzərində qurulan gələcəyə can atırıq - elə bir gələcəyə ki, irqindən, dinindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs öz arzularını sülh, təhlükəsizlik və iqtisadi rifah şəraitində reallaşdıra bilsin. Biz qarşılıqlı hörmət və ortaq taleyə əsaslanan sülh, təhlükəsizlik və ümumi rifah vizyonuna sadiqik.

Bu ruhda biz Qəzza bölgəsində hərtərəfli və daimi sülhün qurulmasında əldə olunmuş irəliləyişi və İsraillə region ölkələri arasında dostluq və qarşılıqlı faydalı münasibətlərini alqışlayırıq. Biz bu mirası həyata keçirmək və qorumaq üçün birlikdə çalışmağı, gələcək nəsillərin dinc şəkildə birgə çiçəklənə biləcəyi institusional struktur yaratmağı öhdəmizə götürürük. Biz uzunmüddətli sülhə can atırıq".

"Bu günə gəlmək üçün bizə üç min il lazım oldu"

Sənədi imzaladıqdan sonra Donald Tramp belə deyib: "Bu günə gəlmək üçün bizə üç min il lazım oldu, təsəvvür edirsinizmi? Və bu saziş işlək olacaq". O, bu sənədi “ən böyük və ən çətin diplomatik işin nəticəsi, Yaxın Şərq sülhü ideyasının təcəssümü" adlandırıb və əlavə edib ki, "millətlər fikir ayrılıqlarını kənara qoyub birgə işlədikdə uğur mümkündür".

Trampın 20 maddəlik Qəzza planı

Sammitdə çıxışı zamanı Tramp həmçinin bildirib ki, Qəzza bölgəsinin müharibədən sonrakı idarəçiliyinə dair 20 maddədən ibarət plan hazırlanır. Plan hələ yekunlaşmayıb və "Sülh Şurası" adlandırılan xüsusi orqan yaradılacaq. Bu struktura sammit iştirakçısı olan bəzi liderlər daxil olacaq və Qəzzada keçid hökumətinə nəzarət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri