Icma.az
close
up
RU
“Dairə seçki Komissiyalarının yenidən formalaşdırılması ədalətsiz və qeyri şəffaf şəkildə həyata keçirildi...” İDDİA

“Dairə seçki Komissiyalarının yenidən formalaşdırılması ədalətsiz və qeyri şəffaf şəkildə həyata keçirildi...” İDDİA

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Necə ola bilər ki, 250 dairə seçki komissiyalarındakı katib yerlərindən heç birinə  AMİP-in irəli sürdüyü təmsilçi düşməsin...”

“Dairə seçki Komissiyalarının yenidən formalaşdırılması ciddi qanun pozuntuları ilə, ədalətsiz və qeyri-şəffaf şəkildə həyata keçirildi. Seçki qanunvericiliyinə uyğun olaraq Komissiya üzvləri təsdiq olunarkən deputatları Milli Məclisdə azlıq təşkil edən komissiya üzvləri tərəfindən təqdim edilməlidir. Həmin üç nəfərin də təmsilçiliyi azlıqda olan partiyalar arasında balans qorunmalıdır. İndiki formalaşan tərkibdə isə  qanunun  bu tələbi kobud şəkildə pozulub. Bəzi azlıq  partiyalara Dairə Seçki Komissiyalarına daha çox yer verilirib, AMİP-ə 125 dairədən cəmi 11 seçki dairəsi verilib ki, bu dairələrin də heç birində bu partiyanın namizədlərindən katib salınmayıb. Halbuki dairə seçki komissiyasının sədrləri və iki katibi ilk iclasda üzvlərin gizli səs verməsi ilə seçilir”.  

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri liderinin köməkçisi Əli Orucov söyləyib.

“Digər pozuntu isə ondan ibarətdir ki, Dairə Seçki Komissiyalarında təmsil olan üzvlərin namizədlikləri irəli sürülən partiyalar və ya bitərəflər barədə də məlumat verilmir. Şəffaflıq və aşkarlıq prinsiplərinə də əməl edilməyib. Bəzi məlumatlara görə, hətta dairələrdə katib yerlərinin peşkəş edilməsi halları da olub. Təbii ki, bütün bunların hamısı araşdırılaraq siyasi və hüquqi qiymətini almalıdır. Necə ola bilər ki, 250 dairə seçki komissiyalarındakı katib yerlərindən heç birinə  AMİP-in irəli sürdüyü təmsilçi düşməsin. Seçki Məcəlləsinin tələblərinə görə ölkə üzrə 125 dairə seçki komissiyalarının hamısı buraxılaraq yenidən formalaşması  nəzərdə tutulsa da, cəmi 49 seçki dairəsində tərkib yenilənib. Bunu MSK rəsmisi də publik olaraq bəyan edib. Hesab edirəm ki, prosesi bu cür qanunsuz, özbaşına, ciddi pozuntularla aparan MSK izahat verməli və aydınlıq gətirməlidir”,- deyə davamında Əli Orucov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri