Dalaman Mançester aviareysi bomba həyəcanına görə Almaniyaya yönləndirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 26 may, AZƏRTAC
Türkiyənin Dalaman şəhərindən İngiltərənin Mançester şəhərinə uçan,“easyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almaniyanın Frankfurt şəhərinə məcburi eniş edib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, buna səbəb göyərtədəki qadın sərnişinin təyyarədə bomba var deyərək qışqırması və fövqəladə çıxış qapısını açmağa çalışması olub. Bildirilib ki, hadisə mayın 25-də baş verib. Qadın sərnişin uçuş zamanı qəfil isterik davranışlar göstərməyə başlayıb, kabinə boyu qaçaraq təyyarənin qəzaya uğrayacağını və içəridə bomba olduğunu iddia edib. O, həmçinin fövqəladə çıxış qapısını çəkməyə, oksigen maskaları və xilasedici jiletləri çıxarmağa çalışıb.
Qadın üç nəfər tərəfindən nəzarət altına alınıb və daha sonra təyyarə Frankfurt Hava Limanına təcili eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb. Frankfurtda təyyarəyə təcili yardım xidmətləri daxil olub və hadisə ilə bağlı araşdırma aparılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 26 May 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















