Icma.az
close
up
RU
Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏ

Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xolesterinin əsas hissəsi (75%) qaraciyərdə sintez olunur, daha az hissəsi isə (25%) orqanizmə qida ilə daxil olur.

Xolesterin həyati vacib maddədir – bütün hüceyrələrin membranlarına daxildir, hormonların sintezində iştirak edir, beyin və immun sisteminin normal fəaliyyəti üçün vacibdir və s.

Lakin xolesterin orqanizmdə müəyyən səviyyədə olmalıdır və bu səviyyədən yüksək qalxmamalıdır. Əks halda orqanizm tərəfindən istifadə olunmamış, artıq xolesterin damarların daxilində yığılmağa başlayır ki, nəticədə damarlar daralır, onların divarları isə elastikliyini itirir, sərtləşir, damarların partlaması və ya tamam bağlanması riski artır.   

Xolesterinin səviyyəsinə daim nəzarət etmək lazımdır. Söhbət əsasən “pis” xolesterindən gedir. Bəli, yaxşı xolesterin də var və bu xolesterin əksinə pis xolesterinin damarlarda yığılmasının qarşısını alır.

Bəzi çox sadə və əlçatan təbii vasitələr orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salmağa yardım edir.

Saglamolun.az Beynəlxalq profilaktik təbabət jurnalına (International Journal of Preventive Medicine) istinadla bildirir ki, bu jurnalda xolesterinin təbii vasitələrlə tənzimlənməsinə həsr olunmuş yeni araşdırmanın nəticələri dərc olunub.

Mütəxəssislər sübut edirlər ki, sarımsaq və limon şirəsinin qarışığı xolesterin və triqliseridlərin tənzimlənməsi üçün çox effektli və sadə vasitədir.

Araşdırmada 30-60 yaşlar arası insanlar iştirak edib. İştirakçılar 4 qrupa bölünüb. 1-ci qrup hər gün 20 qr sarımsaq və 1 x.q. limonun qarışığını, 2-ci qrup – yalnız sarımsaq, 3-cü qrup – yalnız limon qəbul edirdi, 4-cü qrup isə heç nə qəbul etmirdi.

Araşdırma göstərib ki, birinci qrupda olan insanlarda ümumi və pis xolesterinin səviyyəsi digər qruplarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Həmçinin bu qrupda olan könüllülərin arterial təzyiqi də aşağı düşüb.

Mütəxəssislər xolesterinin səviyyəsi yüksək olan insanlara hər gün limonlu-sarımsaqlı qarışığı qəbul etməyi və eyni zamanda qidalanmada yağlı qidaların miqdarını azaltmağı tövsiyə edirlər.  

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri