Icma.az
close
up
RU
Dambrauskas “Araz Naxçıvan”a da gücünü göstərə biləcəkmi?

Dambrauskas “Araz Naxçıvan”a da gücünü göstərə biləcəkmi?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Dünən keçirilən “Karvan-Yevlax” – “Turan Tovuz”, “Kəpəz” – “İmişli” oyunlarıyla Misli premyer-liqasında 9-cu tura start verildi.

"Football-plus.az" xəbər verir ki, qalan oyunlara bu gün və sabah şahidlik edəcəyik. Qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
25 oktyabr
Araz-Naxçıvan – Sabah 0:0

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 3:3.
2023/24 – 2:0, 0:1; 2024/25 – 0:1, 1:1.
Cəzalı: Felipe Santos (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı, “Bank Respublika Arena”, Saat 16.00.
Məlum səbəbdən ev matçını “Sabah”ın meydanında keçirməyə məcbur olan “Araz-Naxçıvan” ilk “dördlük”dəki mövqeyini möhkəmləndirmək uğrunda döyüçəcək. Muxtar Respublika təmsilçisi indiyə qədər qazandığı sərfəli nəticələr sayəsində avrokuboklarda iştirak hədəfinə doğru inamla addımlayır. Masazırda keçiriləcək matç bu baxımdan daha önəmlidi. Çünki “Sabah” da məhz həmin amal uğrunda mübarizə aparır. Odu ki, görüşün gərgin keçəcəyinə şübhə yoxdu. Axı ötən həftə “Neftçi”nin meydanında xal itirən “qırmızı-ağlar” bu dəfə də qalib gəlməsə, işini çətinə salacaq. “Zirə”ni darmadağın edən “bayquşlar” isə daha bir iddialı rəqibin öhdəsindən gəlməlidi.
Bu komandalar indiyə qədər 8 dəfə qarşılaşıb. Bunların 1-də “Araz-Naxçıvan”, 3-də “Sabah” qələbə qazanıb, 4-də qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 9:7.
Zirə – Sumqayıt
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+12=6-1, 31:13.
2015/16 - 3:2, 1:0; 2016/17 - 0:1, 1:0; 2017/18 - 3:1, 1:1; 2018/19 - 3:1, 2:0; 2019/20 - 2:2; 2020/21 - 2:2, 0:0; 2021/22 - 1:0, 1:0; 2022/23 - 0:0, 3:1; 2023/24 - 1:0, 0:0; 2024/25 – 4:1, 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABBAROV, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.
Masazırda ağır məğlubiyyətə düçar olan “Zirə” son turlarda üzləşdiyi xal itkilərini kompensasiya etməlidi. Hər halda, avrokuboklar uğrunda mübarizə aparan komandanın ardıcıl 3 oyunda qalib gələ bilməməsi yaxşı əlamət deyil. Qəsəbə təmsilçisi tilsimi ən qısa zamanda qırmalı və mövqeyini itirmək təhlükəsindən yaxa qurtarmalıdı. Təbii ki, belədə “Karvan-Yevlax” üzərində əldə edilən böyükhesablı qalibiyyət sayəsində psixoloji durumunu böyük ölçüdə yaxşılaşdıran “Sumqayıt”ın Zirəyə rəqibinə müqavimət göstərmək məqsədilə yollanacağını unutmaq olmaz. Axı “kimyaçılar” da mövsümün sonunda ölkəmizi avrokuboklarda təmsil etmək niyyətindədi.
Bu komandalar indiyə qədər 39 dəfə üz-üzə gəlib. Bunların 22-də “Zirə”, 6-da “Sumqayıt” 3 xala yiyələnib, 11-də “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi 56:24.
26 oktyabr
Qəbələ – Neftçi

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 32:+9=7-16, 34:48.
2006/07 – 1:4; 2007/08 – 2:3; 2008/09 – 0:1; 2009/10 – 1:0, 0:0; 2010/11 – 0:2; 2011/12 – 1:0, 4:1; 2012/13 – 2:1, 1:1; 2013/14 – 1:2, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 2:2; 2016/17 – 4:1, 1:0; 2017/18 – 2:1, 1:2; 2018/19 – 3:1, 1:3; 2019/20 – 0:3, 0:2; 2020/21 – 1:4, 2:2; 2021/22 – 1:1, 1:0; 2022/23 – 1:2, 0:0; 2023/24 – 0:2, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ, şəhər stadionu. Saat 16.00.
Premyer-liqada qalmaq uğrunda tər tökən “Qəbələ”nin durumu ürəkaçan deyil. “Qırmızı-ağlar” indiyə qədər keçirdiyi oyunlrın əksərində nə baxımlı oyunla yadda qalıb, nə də qənaətbəxş nəticə qazana bilib. Bu üzdən autsayderlər sırasında qərarlaşan komandanın tilsimi “Neftçi” ilə görüşdə qıracağına inanmaq çətindi. Azı ona görə ki, mövcsümə uğursuz şəkildə başlayan paytaxt təmsilçisi “Qəbələ”ni yenməklə turnir cədvəlindəki mövqeyini qismən yaxşılaşdırmağa çalışacaq. Hər halda, azarkeşlərinə “ağ-qaralar”ın əzəmətini bərpa etmək yönündə ümid bəxş etməli olan Samir Abasov hələ bu istiqamətdə müsbət siqnallar ötürə bilməyib. Odu ki, yuxarıdakı məqamlar üzündən “asan yem” statusunda olan “Qəbələ” “Neftçi” üçün “qara zolaqdan xilas olmağın” açarı kimi görünür…
Bu komandalar indiyə qədər 63 dəfə qarşılaşıb. Bunların 18-də “qırmızı-ağlar”, 31-də “ağ-qaralar” qalib gəlib, 14-də heç-heçə qeydə alınıb. Topların nisbətində bakılılar öndədi – 95:70.
Qarabağ – Şamaxı
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 38:+25=9-4, 74:21.
1999/2000 - 2:0; 2000/01 - 3:0; 2001/02 - 1:2; 2002/03 - 3:1; 2004/05 - 3:1; 2005/06 - 1:0; 2006/07 - 0:1; 2007/08 - 0:1; 2008/09 - 1:1; 2009/10 - 1:1, 1:1; 2010/11 - 1:0, 1:0; 2011/12 - 1:0, 1:0; 2012/13 - 0:0, 3:2; 2013/14 - 2:0, 4:1; 2014/15 - 0:0, 0:0; 2015/16 - 1:0, 2:0; 2016/17 - 0:0, 0:1; 2017/18 - 1:0, 1:1; 2018/19 - 5:1, 3:0; 2019/20 - 2:2; 2020/21 - 6:1, 2:0; 2021/22 - 1:0, 8:0; 2022/23 - 4:0, 3:1; 2024/25 – 3:0, 3:2.
Cəzalı: Abdullahi Şuaybu (Şamaxı).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Azərsun Arena”. Saat 18.30.
Çətin İspaniya səfərindən yorğun və məğlub qayıdan “Qarabağ”ın heyətdə rotasiyalar edəcəyi bəllidi. Düzdü, ağdamlılar “Turan Tovuz”u məğlub etməklə liderliyi ələ keçirib. Ancaq hələ mövsümün əvvəli olduğunu nəzərə almalıyıq. Belədə “köhlən atlar”ın “Şamaxı”ya şans verəcəyi inandırıcı deyil. Ancaq “şirlər” məhz bu matçda azı bir xal qazanmaqla mövqeyini yaxşılaşdırmağın yolunu tapmalıdı. Bəlkə belədə Ayxan Abbasovun ötən həftə darmadağın edilən komandası günahını yuya...
Bu komandalar indiyə qədər 78 dəfə üz-üzə gəlib. Bunların 41-də “Qarabağ”, 13-də “Şamaxı” qələbə qazanıb, 24-də hərəyə bir xal düşüb. Topların nisbətində ağdamlılar öndədi – 115:46.
1. Turan Tovuz 9 6 0 3 13-7 18
2. Qarabağ 7 5 1 1 13-3 16
3. Araz-Naxçıvan 8 4 3 1 12-11 15
4. Sabah 7 4 2 1 10-3 14
5. Sumqayıt 8 4 2 2 13-8 14
6. Zirə 8 3 4 1 14-10 13
7. İmişli 9 3 3 3 10-9 12
8. Şamaxı 8 2 3 3 10-11 9
9. Neftçi 8 1 6 1 7-6 9
10. Qəbələ 8 1 2 5 8-11 5
11. Karvan-Yevlax 9 1 2 6 6-19 5
12. Kəpəz 9 1 0 8 6-24 3
Bombardir: Ba-Muaka Simakala (Araz-Naxçıvan) - 5.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri