Dambrauskas: “Burada olmağa layiq olduğumuzu sübut etdik”
Apasport saytına istinadən Icma.az xəbər verir.
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas görüş haqqında fikirlərini bildirib:
"Əlbəttə, pley-off mərhələsi xüsusi həyəcan doğurur. Klubumuz tarixində ilk dəfə bu mərhələdə çıxış edəcək və biz bu oyunu səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edərək “Hapoel" (Beer-Şeva)-nı pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik etmək istərdim. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq komandalardan biri tarix yazacaq.
Bu yola başlayanda favorit hesab olunmurduq, həmişə autsayder rolunda idik. Rəqibimiz haqqında da eyni sözləri demək olar. Lakin gördüyümüz iş, keyfiyyətimiz və futbolçularımızın nümayiş etdirdiyi oyun sayəsində burada olmağa layiq olduğumuzu sübut etdik.
İndi bizi çox maraqlı qarşılaşma gözləyir. Çünki bir-birinə çox oxşar iki komanda üz-üzə gələcək. Hər iki komanda pressinq etməyi, oyuna nəzarət etməyi və üstünlük qazanmağı sevir. Hər ikisi ilk növbədə hücum haqqında düşünür, müdafiə isə ikinci plandadır.
Görək sabah bizi nə gözləyir. Bakıdan bura gəlmişik, məşqimiz olacaq və bütün futbolçularımızın səhhəti qaydasındadır. Sabahkı matça hazırıq".
"Sabahın Ulduzları": "Qarabağ" və EFA-dan qələbə Paçu Boliviya klubunda Qurban Qurbanov: “Belə futbolçuların daha çox olmasını istərdim” Azər Bağırov: “İşimiz çətindir” MPL: "Qarabağ" mövsümə qələbə ilə başladı - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 19 Avqust 2026 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















