Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğuğu kimi, “Sabah” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, “Sabah” eyni zamanda Azərbaycan Premyer Liqasını və ölkə kubokunu qazanaraq “qızıl dubl” edib.
Qeyd edək ki, komanda bu uğurları Valdas Dambrauskas baş məşqçi təyin olunduqdan sonra əldə edib.
Məlumat üçün bildirək ki, Dambrauskasın 1977-ci ildə Litvada anadan olub. Onun daha əvvəl peşəkar futbolçu karyerası olmayıb. 2002-ci ildə, 25 yaşında olarkən Litvanın “Kim milyonçu olmaq istəyir?” televiziya proqramında iştirak edib və 4 min lit (təxminən 1000 dollar) mükafat qazanıb. Bu pulla İngiltərəyə gedərək məşqçilik təhsili almağa başlayıb.
O, London Metropolitan Universitetində İdman elmləri və məşqçilik üzrə təhsil alıb. Daha sonra İngiltərənin “Manchester United”, “Fulham” və “Brentford” klublarının akademiyalarında çalışıb. İlk baş məşqçilik təcrübəsini isə İngiltərənin aşağı liqa komandalarından “Kingsbury London Tigers”də əldə edib. Sonrakı illərdə Litva, Latviya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Kipr və Macarıstanda müxtəlif klublarda işləyib.
Dambrauskasın futboldan kənar başqa bir idmana da marağı var. O, FİDE-nin rəsmi reytinq bazasında şahmatçı kimi qeydiyyatdadır. Hazırda FİDE bazasında Dambrauskasın standart şahmat reytinqi 1833, rapid reytinqi 1864, blits reytinqi isə 1777-dir.
Müqayisə üçün bildirək hazırda FİDE bazasında 7 min 702 azərbaycanlı şahmatçı yer alır. Bu şahmatçılardan yalnız 200-nün reytinqi Dambrauskasın reytinqindən, yəni 1833-dən yüksəkdir.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Dambrauskasın bir neçə gözaltısı olsa da...
26 Dekabr 2025 02:43
Dambrauskasın rotasiya planı
15 Avqust 2026 14:12
“Sabah” Dambrauskasın qərarını gözləyəcək
11 İyun 2026 19:58
Dambrauskasın toxunuşlarıyla yazılan yeni tarix
26 Avqust 2026 08:36
Dambrauskasın “milyonçu” hekayəsinə reaksiyası: “Bir qədər şişirdilir”
03 Sentyabr 2026 12:02
Baxış sayı:115
Bu xəbər 27 Avqust 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















