Icma.az
close
up
RU
Damla hüquqmühafizə orqanlarına çağırıldı

Damla hüquqmühafizə orqanlarına çağırıldı

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər. 

Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır: “Elə bunun sübutu kimi bir müddət əvvəl  Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla, bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb”. 

Azərbaycan qanunlarına əsasən:

32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır;

32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

32.7. Keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.

Ekspertlər qeyd edirlər ki, bu kimi fəaliyyətlərin cəmiyyət üzərində təsiri təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan dağıdıcıdır. Xüsusilə gənc nəsil bu oyunların asılılığına düşərək, həm vaxtını, həm də pulunu itirir, ailə münasibətlərində və şəxsi həyatında problemlər yaşayır. Buna görə də qanunsuz mərc və qumar oyunlarının təbliğatına qatılan məşhur şəxslərin məsuliyyəti daha da artır. Cəmiyyət onlardan nümunəvi davranış gözləyir və belə fəaliyyətlərin əleyhinə çıxmalarını tələb edir.

Hüquq-mühafizə orqanları isə bu məsələyə qarşı daha sərt tədbirlər görməyi, həm qanunsuz platformaların fəaliyyətini dayandırmağı, həm də onların təbliğatçılarını məsuliyyətə cəlb etməyi planlaşdırır. Qanunsuz mərc və şans oyunları ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə hərəkəti vacibdir.

Xatırladaq ki, bir neçə il əvvəl də bir sıra məşhurların mərc oyunlarını təbliğ, reklam etdiyi barədə məlumatlar yayılmışdı. Onların arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə və digərlərinin adları çəkilirdi. Şikayətlər var idi ki, bu məşhurlarla bağlı niyə tədbirlər görülmür? Bəs indi hüquq-mühafizə orqanları adları hallanan məşhurlardan kimləri araşdırır?

Adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanan müğənni Damlanın prodüseri Şamil İbrahimov iddialara cavab olaraq “Yeni Müsavat”a açıqlamasında bildirib: “İndi yayılan məlumat yanlışdır. Bu məsələ 4 il əvvəl olub. Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır”.

Adı hallanan aktyor Azər Aydəmir Bizim.media-ya açıqlamasında heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib: “Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər”./"Yeni Müsavat"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see125

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see114

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see114

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri