Damlanın geyimi yenə olay oldu Ziyafətə belə qatıldı + VİDEO
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Damla yenidən sosial şəbəkələrin diqqət mərkəzinə düşüb. Səbəb isə onun son iştirak etdiyi məclisdə geyindiyi qeyri-ənənəvi obrazdır.
Yenisabah.az xəbər verir ki, ictimaiyyət arasında birmənalı qarşılanmayan bu dəst - geniş şort, uzun pencək və klassik olmayan dikdaban ayaqqabılar bir çox sosial media istifadəçiləri tərəfindən “zövqsüz” və “uyğunsuz” olaraq dəyərləndirilib.
Belə ki, müğənni açıq mavi rəngli, oversize kəsimli bir kostyum geyinərək həm açıq havada, həm də tədbir salonunda bu kombinlə görüntülənib. Klassik ziyafət libaslarından kəskin şəkildə fərqlənən bu geyim üslubu xüsusilə qadın izləyicilər arasında fikir ayrılığı yaradıb. Bəziləri Damlanın fərqli olmağa çalışdığını və dəblə öz yolunu tapmaq istədiyini qeyd etsə də, əksəriyyət bu tərzi məclisə uyğun görmədiklərini bildirib.
Qeyd edək ki, bu Damlanın ilk dəfədir ki, geyimi ilə gündəmə gəlməsi deyil. Daha əvvəl də o, qeyri-ənənəvi səhnə obrazları və gündəlik kombinasiyaları ilə medianın və ictimaiyyətin diqqətini çəkmişdi.
Aydan Hacıbalazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















