Icma.az
close
up
RU
Dani Olmo: “Onun üzrünə ehtiyacım yoxdur”

Dani Olmo: “Onun üzrünə ehtiyacım yoxdur”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo DÇ-2026-nın finalından sonra Argentina yığmasının məşqçisi Roberto Ayala ilə yaşadığı insidentə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın ulduzu Ayalanın üzrünü səmimi qəbul etmədiyini və onun hərəkətinə görə məsuliyyət daşımadığını iddia edib.

Dünya çempionatının finalında İspaniyanın Argentinaya 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra tərəflər arasında gərginlik yaşanmışdı. Ayalanın oyundan sonra Olmonun boğaz nahiyəsinə zərbə endirdiyi iddia olunub. Keçmiş müdafiəçi Olmonu vurmadığını, sadəcə itələdiyini və bunu onun dediyi sözlərə cavab olaraq etdiyini bildirib.

Dani Olmo “Diari de Terrassa” nəşrinə açıqlamasında Ayalanın yalan danışdığını qeyd edib:

“Peşman olduğunu iddia edən, amma bunu hansısa sözə reaksiya kimi qiymətləndirib özünə bəraət qazandıran şəxs, deməli, heç də peşman deyil. O, yalan danışır, çünki mən ona heç nə deməmişdim. Buna görə də onun üzrünə ehtiyacım yoxdur. Bizi xarakterizə edən şey səhv etmək yox, həmin səhvi etiraf edə biləcək qədər cəsarətli olmağımızdır”.

Qeyd edək ki, DÇ-2026-nın final fitindən sonra argentinalı futbolçularla ispaniyalılar arasında bir neçə xoşagəlməz insident baş verib. Leandro Paredes də Erik Qarsiyanın boğazından tutub və daha sonra Qavini yerə yıxıb, lakin Paredes sonradan İspaniyanın layiqincə çempion olduğunu etiraf edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 İyul 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri