Icma.az
close
up
RU
​DANİB ideoloji təhdidlərlə bağlı Gəncə və Lənkəranda tədbir keçirdi FOTO

​DANİB ideoloji təhdidlərlə bağlı Gəncə və Lənkəranda tədbir keçirdi FOTO

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Postmüharibə dövründə yeni ideoloji təhdidlərlə mübarizə və milli identikliyin qorunması” adlı layihə çərçivəsində Gəncə və Lənkəran şəhərlərində tədbirlər təşkil edib.

​DANİB sədri Elməddin Behbud hər iki şəhərdə keçirilən tədbirdə çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində qazandığımız qələbənin yaratdığı yeni siyasi mərhələdə gənclərin ideoloji tələblərinin qarşılanmasına töhfə vermək, xarici dairələrin Azərbaycan cəmiyyətinə, xüsusi ilə də ən pasionar kəsim olan gənclərə qarşı ideoloji təxribatlarını zərərsizləşdirməyə çalışmaq və prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji təhdidlərlə bağlı irəli sürdüyü tezislərdən çıxış edərək gənc nəslin vətənpərvərlik düşüncəsinin güclənməsinə, onların milli ideologiyamızı mənimsəməsinə yardımçı olmaqdır.

​Elməddin Behbud postmüharibə dövründə gənclərin ideoloji immunitetinin gücləndirilməsinin vacibliyi, qlobal təhdidlər fonunda milli dəyərlərə bağlılığın artırılması zərurəti, informasiya manipulyasiyaları və s. məsələlərlə bağlı fikirlərini bölüşüb. DANİB sədri media və digər kommunikasiya vasitələri ilə milli kimlik şüurunungücləndirilməsində və ideoloji təxribatların qarşısının alınmasında gənclərin önəmli rola malik olduğunu deyib. ​

Toplantıda çıxış edən Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Etibar Musayev Azərbaycan gəncliyinin qarşısında dayanan vəzifələr, ideoloji təhdidilərə qarşı effektiv mübarizə mexanizmləri, milli identikliyin qorunması və digər mövzularla bağlı geniş çıxış edib. Etibar Musayev gənc nəsildə milli dəyərlərə bağlılığı daha da gücləndirmək üçün onlarla daim dialoqların qurulmasının və birgə müzakirələrin aparılmasının vacib olduğunu bildirib.

​Lənkəran şəhərində keçirilən tədbirdə çıxış edən tədqiqatçı Baqir Əlizadə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük müharibədə əldə etdiyimiz parlaq zəfərin tarixi əhəmiyyəti, ideoloji təhdidlərin neytrallaşdırılmasında gənclərin rolu və s. məsələlər haqqında ətraflı çıxış edib.

​Çıxışlardan sonra gənclərin sualları cavablandırılıb və diskussiya keçirilib. Sonda gənclərə sertfikatlar təqdim olunub.

​Hər iki toplantıda tələbələr və yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

  Məlumat üçün bildirək ki, eyni zamanda layihə çərçivəsində 4 televiziya verilişi hazırlanaraq internet televiziyasında yayımlanıb.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri