Icma.az
close
up
RU
Daniel Cecetka: Alov Qüllələri ndə yarış böyük maraq doğuracaq

Daniel Cecetka: Alov Qüllələri ndə yarış böyük maraq doğuracaq

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şaquli qaçışın öz ulduzları var və "Alov Qüllələri"ndə yarış böyük maraq doğuracaq".

Bunu İdman.biz-ə açıqlamasında Bakıda səfərdə olan Dünya Şaquli Qaçış Assosiasiyasının (TWA) prezidenti Daniel Cecetka deyib.

O, Azərbaycana səfəri çoxdan planlaşdırdığını bildirib: "Nəhayət, mən Bakıya gəlib bir çox maraqlı layihələri müzakirə edə bildim. Gənclər və idman naziri Fərid Qayıbov, "Triterra" klubunun təsisçisi Rüfət Həsənovla söhbət, birgə layihələri müzakirə etmək maraqlı oldu. Biz rəsmi olaraq elan edə bilərik ki, "Flame Towers" sentyabrın 27-də şaquli qaçış turnirinə ev sahibliyi edəcək".

TWA prezidentinin sözlərinə görə, bu tirnir çoxsaylı idman həvəskarlarını cəlb edəcək: "Azərbaycan - yeni yer və yeni yarış. Bura gəlmək, Bakı və "Alov Qüllələri"ni görmək imkanı maraq doğurur. Düşünürəm ki, turnirdə yüzlərlə şaquli qaçış ustası iştirak edə bilər, onlar üçün bu, yeni çağırış olacaq".

O əlavə edib ki, şaquli qaçışın öz pərəstişkarları və ulduzları var: "Bizim təqvimimizdə hündürmərtəbəli binalarda qaçmaqdan daha çoxunu əhatə edən çoxlu tədbirlər, reytinq var. Yaponiya, Avstraliya, İndoneziya və bir çox başqa ölkələrdən öz ulduzlarımız var. Eyni zamanda, təqvimi genişləndirmək, yeni yerlər axtarmaq üzərində işləyirik. Daimi prosesdəyik".

Cecetka Azərbaycanda şaquli qaçışdan danışaraq "Triterra" klubunun üç il ardıcıl olaraq “Çinar Plaza” biznes mərkəzində keçirdiyi yarışı xatırladıb: "Biz təkcə böyük tədbirləri deyil, həm də qısa tarixə malik, lakin populyarlıq qazanan hadisələri də izləyirik. Bu mənada ideyanı həyata keçirən "Triterra"nın nümunəsi göstəricidir. Düşünürəm ki, qarşıda bir sıra birgə layihələrimiz olacaq".

Qrum rəsmisi yaxın vaxtlarda yenidən Bakıya səfər edəcəyini vurğulaytıb: "Sabah gedirəm, amma sentyabrda mütləq "Flame Towers" turnirinə gələcəm. Aktiv şəkildə şaquli qaçışla məşğul olmağa çalışıram. Lakin təşkilatın prezidenti kimi bu, əlavə məsuliyyətdir. Bundan əlavə, hər bir yarış ciddi hazırlıq tələb edir. Azərbaycanda gördüklərim ən xoş təəssürat yaratdı. Bakıda yenidən görüşənədək".

Qeyd edək ki, bu gün gənclər və idman naziri Fərid Qayıbov TWA prezidenti Daniel Cecetkanı qəbul edib.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri