Danimarka: ABŞ Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Qrenlandiya və Danimarkaya qəbuledilməz təzyiq göstərilir. Biz buna qarşı duracağıq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen “TV2” telekanalına bildirib.
Telekanal qeyd edib ki, martın 27-29-da adaya ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vens səfər edəcək. Nümayəndə heyətinə, həmçinin Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt daxil olacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bu səfərin məqsədinin "Qrenlandiya, onun mədəniyyəti, tarixi haqqında daha çox məlumat əldə etmək" olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:Danimarka XİN: Tramp Qrenlandiyaya sahib olmayacaq
28 Yanvar 2025 18:18
Trampın Qrenlandiyaya təcavüzü fonunda Danimarka gerbini dəyişir
07 Yanvar 2025 12:21
Danimarka gizli şəkildə ABŞdan Qrenlandiyaya daha çox qoşun göndərməsini istədi
13 Yanvar 2025 13:02
Qrenlandiyaya presedent: Danimarka 100 il əvvəl ABŞ a öz adalarını niyə satdı? TARİX
26 Fevral 2025 20:15
Baxış sayı:161
Bu xəbər 25 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















