Danimarka Baş naziri: Sülh, hazırda gedən müharibədən daha təhlükəli ola bilər
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Danimarkanın baş naziri Mette Frederiksen amerikalıların Ukraynadakı müharibə, NATO və Avropa ilə bağlı "çox böyük qeyri-müəyyənlik" yaratdığını bildirib və Kremlin rəhbərinin sülh istədiyinə inanmadığını deyib.
Qaynarinfo xəbər verir ki, bunu Frederiksen 21 Søndag nəşrinə müsahibəsində deyib.
"Amerikalılarla bağlı əvvəlki kimi bir əminlik hiss etmirəm", – deyə Mette Frederiksen bildirib.
O, Donald Trampın ikinci prezidentlik dövrünün birincisi kimi olacağını heç vaxt düşünmədiyini qeyd edib.
"Amma düşünürəm ki, hamı amerikalılar tərəfindən qeyri-müəyyənliyin bu qədər sürətlə yaradılmasına təəccüblənib və biz buna reaksiya verməliyik", – deyə Danimarka baş naziri vurğulayıb.
ABŞ və prezident Tramp Ukraynada müharibəni dayandırmaq prosesinə başladığı bir vaxtda Frederiksen Putinə və onun niyyətlərinə inanmadığını bildirib.
"Mən dürüst olmalıyam və deməliyəm ki, Putinə inanmıram. Onun Ukraynada sülh istədiyini düşünmürəm", – deyə o qeyd edib.
"Başa düşürəm ki, çoxları sülh sazişi və ya atəşkəsin yaxşı ideya olduğunu düşünür, lakin biz risk edirik ki, Ukraynadakı sülh əslində hazırda gedən müharibədən daha təhlükəli olsun", – deyə Mette Frederiksen əlavə edib.
Danimarkanın baş naziri, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevə səfər edən siyasətçilərdən biridir.
Qeyd edək ki, İsveç hökuməti Ukraynaya 1,2 milyard İsveç kronu (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırır.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















