Danimarka millisinin üzvü karyerasını başa vurdu ZƏDƏYƏ GÖRƏ
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şotlandiyanın “Seltik” klubunun və Danimarka millisinin qapıçısı Kasper Şmeyxel karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkə hesabında məlumat yayıb.
39 yaşlı qolkiper qərarını çiynindəki zədə ilə əlaqələndirib:
“Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim. Onlar elit futbola qayıdacağıma ümid etməməli olduğumu dedilər. Çox düşündüm və hesab edirəm ki, indi karyeramı başa vurmaq üçün ən uyğun zamandır”.
Qeyd edək ki, Kasper Şmeyxel 2015/2016 mövsümündə “Lester”in heyətində İngiltərə çempionu olub. O, 2024/2025 mövsümündə “Seltik”lə Şotlandiya çempionluğunu qazanıb. Təcrübəli qapıçı Danimarka millisi ilə AVRO-2020-nin bürünc medalını əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 27 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















