Danimarka Müdafiə naziri: ABŞ hipotetik vəziyyətdədir Daha bir ölkə adaya qoşun göndərir
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsini təsəvvür etmək belə çətindir. Lakin Amerikanın günü gündən bu istiqamətdə artan açıqamalarına nəzər yetirdkdə, onların hipotetik vəziyyətdə olduğunu görmək olar".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Danimarka Müdafiə naziri Troels Lund Poulsen ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsini şərh edərkən deyib.
O, paytaxt Kopenhagendə jurnalistlərə bildirib ki, ABŞ-ın təsvir etdiyi kimi Qrenlandiya ilə bağlı təhlükəli vəziyyətdə yoxdur.
Nazir daha sonra NATO üzlü olduqlarını da xatırladaraq, ölkəsinin kollektiv qorunma mexanizminin olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın ehtimalı olunan ilhaq planının NATO-da "çat"ları dərinlşdirəcəyindən narahat olan Almaniya və Britaniyadan sonra İsveç də Qrenlandiyaya qoşun göndərmək qərarı verib. İsveç Baş naziri Ulf Kristersson bu barədə sosial media platformasında yazıb: "İsveç Silahlı Qüvvələrinin zabitləri bu gün Qrenlandiyaya gedir. İsveç də Danimarkanın təlimin bir hissəsi olan Qrenlandiyadakı hərbi mövcudluğunu artırmaq qərarını dəstəkləyir".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















