Danimarka Trampın Ukraynada cəbhə xəttində atəşkəslə bağlı təklifini dəstəklədi
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ Prezidenti Donald Trampın Ukraynadakı təmas xətti boyunca atəşkəs təklifini dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.
“Biz Ukraynanı dəstəkləyirik və Amerika Prezidentinin təmas xəttində atəşkəslə bağlı təklifini dəstəkləyirik”,-o, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünə gələrkən jurnalistlərə bildirib.
Tramp daha əvvəl bəyan etmişdi ki, Rusiya və Ukrayna indiki cəbhə xəttində dayanmalıdırlar və daha sonra sülh müqaviləsi bağlanacaq. Ukrayna Prezidenti Vladimir Zelenski daha sonra jurnalistlərə açıqlamasında bu mövqeyi təkrarlayıb.

“Ukraynada cəbhə xəttində dəyişiklik yoxdur” Blinken
04 Yanvar 2025 19:33
Ukraynada cəbhə xəttində nadir silahlar aşkarlanıb...
01 Fevral 2025 01:08
Avropanın gələcəyi Ukraynada cəbhə xəttində həll olunur...
24 İyun 2025 18:19
Mahmud Abbas Trampın təklifini dəstəklədi
04 Oktyabr 2025 14:57
Trampın Ukraynada atəşkəslə bağlı Rusiyaya verdiyi vaxt bitdikdən sonra nə olacaq?
04 Avqust 2025 12:22

