Danimarkada Qrenlandiya ilə bağlı etiraz aksiyası keçirildi Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarına qarşı küçələrə çıxaraq kütləvi aksiyalar keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Politiken” nəşri məlumat yayıb.
Bildirilib ki, Danimarka və Qrenlandiyanın bir neçə şəhərində eyni vaxtda start götürən aksiyalarda Tramp əleyhinə şüarlar səsləndirilib. “Qrenlandiyadan əllərini çək” (“Hands off Greenland”) şüarı altında keçirilən ən böyük yürüşlərdən biri Danimarkanın ikinci böyük şəhəri olan Orxusda baş tutub.
Məlumata görə, təkcə Orxusdakı aksiyada 8 mindən çox insan iştirak edib. Paytaxt Kopenhagendə isə nümayişçilər şəhər meriyasının qarşısından ABŞ səfirliyinə doğru yürüş ediblər. Aksiyalarda Qrenlandiyanın qırmızı-ağ rəngli “Erfalasorput” adlı bayraqları dalğalandırılıb, “Qrenlandiya satılmır” və “Qrenlandiya qrenlandiyalılar üçündür” kimi şüarlar səsləndirilib.
Xatırladaq ki, etirazlara səbəb Donald Trampın Qrenlandiyanın ABŞ tərəfindən alınması və ya nəzarətə götürülməsi ilə bağlı verdiyi son bəyanatlar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Yanvar 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















