Danimarkadan Ukraynaya yardım: Milyonlarla dollar ayırdı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Danimarka hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 45 milyon kron (6.36 milyon dollar) ayırıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bununla bağlı Kiyevə səfəri zamanı ölkənin Avropa İttifaqı işləri üzrə naziri Mari Byerr bildirib.
"Vəsait Ukraynanın dağılmış infrastrukturunun təmiri və dəyişdirilməsi üçün istifadə olunacaq", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, nazir və Avropa Parlamentinin dörd danimarkalı nümayəndəsi Aİ-yə üzvlük yolunda islahatlar prosesini dəstəkləmək üçün Ukraynaya səfər edib.

Danimarkadan Ukraynaya yardım: Milyonlarla dollar ayırdı
05 Dekabr 2024 18:19
Danimarkadan Ukraynaya F16ların ikinci partiyası göndərilib
07 Dekabr 2024 12:41
Zelenski: “Danimarkadan F16ların ikinci partiyası Ukraynaya gətirilib”
07 Dekabr 2024 13:10
Ukraynaya görə Hollivud ulduzlarına milyonlarla dollar ödənib
06 Fevral 2025 14:21

