Danimarkanın Baş naziri dörd partiyadan ibarət yeni hökumət qurub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 iyun, AZƏRTAC
Danimarkanın Baş naziri Mette Frederiksen 69 gün davam edən və ölkə tarixində ən uzun koalisiya quruculuğu prosesindən sonra dörd partiyadan ibarət yeni hökumətin formalaşdırıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı yeni kabinetə Sosialist Xalq Partiyasının, Sosialist Liberal Partiyasının, “Mötədillərin” və sosial demokratların daxil olacağını bildirib. Mette Frederiksenin sözlərinə görə, hökumətin siyasi proqramı çərşənbə axşamı təqdim olunacaq. Danışıqları “uzun və çətin” adlandıran hökumət başçısı prosesin nəticə etibarilə “uğurlu olacağına” əminliyini ifadə edib.
Qeyd edək ki, martın 24-də Danimarkada parlament seçkiləri keçirilib. Səsvermə nəticəsində Mette Frederiksenin rəhbərlik etdiyi sosial demokratlar üstünlüyünü qoruyub, lakin ciddi itkilərə məruz qalıblar. Nə sol, nə də sağ blok parlament çoxluğunu təmin edə bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 İyun 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















