Danışıqlar apardıq, səhəri gün sanksiya tətbiq etdilər Lavrov
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Alyaska görüşündən bir neçə həftə sonra, tamamilə gözlənilmədən, Tramp administrasiyası "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar elan etdi".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.
"Bundan sonra amerikalıların Hindistandan Rusiya neftini almağı dayandırmasını tələb etdikləri barədə elan yayıldı. Bu yaxınlarda OFAC (ABŞ Maliyyə Nazirliyinin bir bölməsi - Xarici Aktivlərə Nəzarət İdarəsi) Venesuelanın neft sənayesinin fəaliyyətini bərpa etməsinə icazə verən, lakin Rusiya, Çin, İran və Şimali Koreyanın iştirakını qadağan edən bir növ əmr verdi", - Rusiya rəsmisi izah edib.
Lavrov əlavə edib ki, "Cenevrədə keçirilən genişləndirilmiş hərbi-siyasi danışıqlara əlavə olaraq, amerikalı həmkarlarımızla ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu qrup çərçivəsində bütün bu məsələləri müzakirə edəcəyik. Tramp administrasiyası tərəfindən müəyyən edilmiş qarşılıqlı faydaların nə olduğunu anlamaq istəyirik".
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Fevral 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















