Icma.az
close
up
RU
Danışıqlar davam edir : Ağ Ev Vitkoffun yenidən Moskvaya gedəcəyini təsdiqləyib

Danışıqlar davam edir : Ağ Ev Vitkoffun yenidən Moskvaya gedəcəyini təsdiqləyib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün səylərini davam etdirir.

Bizimyol.info xəbər verir ki, Ağ Evin mətbuat katibi Karoline Levitt brifinqdə Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun atəşkəslə bağlı danışıqlar aparmaq üçün bu həftə Rusiyaya gedəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Tramp danışıqların gedişatını fəal şəkildə izləyir və Ukraynada müharibənin dayandırılmasını “əsas prioritetlərdən biri” hesab edir.

“Rusiya-Ukrayna müharibəsində mən sadəcə prezident və Stiv Vitkoffla Oval kabinetdə idim və onlar danışıqların davam etdiyini hamının bilməsini istədilər”, - deyə Levitt qeyd edib.

Mətbuat katibi vurğulayıb ki, danışıqlar prosesi “düzgün istiqamətdə gedir”. “Vitkoff Moskvaya növbəti səfərə hazırlaşır. "Xüsusi elçi bu həftənin sonunda yenidən Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya qayıdacaq”, - deyə mətbuat katibi bildirib.

Levitt səfərin dəqiq nə vaxt baş tutacağını açıqlamayıb. Dövlət katibi Marko Rubionun “mənfi ssenari” baş verəcəyi təqdirdə ABŞ-ın danışıqlar prosesindən çıxmasının mümkünlüyü ilə bağlı son bəyanatlarını şərh edən mətbuat katibi Trampın sülhə nail olmağa səylərini davam etdirdiyini vurğulayıb: “O, bu müharibənin bitməsini istəyir, hər iki tərəfdən insanların öldürülməsini dayandırmağı istəyir. Və bu, o, ilk dəfə deyil ki, bu barədə danışır. Prezident hər iki tərəfin hərəkətindən məyus olsa da, eyni zamanda sülhün mümkün olduğuna inanır”, - deyə bildirib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, Rusiyaya son səfərindən sonra Vitkoff Rusiya ilə danışıqları “inandırıcı” adlandırıb və əlavə edib ki, Ukraynada müharibəyə son qoyacaq və “biznes imkanlarına gətirib çıxara biləcək” addımlar müzakirə olunub. O, həmçinin bildirib ki, sülh sazişinin açarı “beş ərazi ətrafında fırlanır”.

Bu yaxınlarda məlum olub ki, Stiv Vitkoff Londondakı danışıqlardan sonra Moskvaya gedə bilər. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Daha sonra Kreml Vitkoffun Moskvaya növbəti səfərini təsdiqləyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri