Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Danışıqlarda ərazi mübadiləsi müzakirə mövzusudur TƏHLİL

Danışıqlarda ərazi mübadiləsi müzakirə mövzusudur TƏHLİL

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tramp-Putin görüşündən Ukrayna üçün müsbət nəticə gözləmək olmaz


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində baş tutacaq. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib. Rusiya Prezidenti Vladimir Putin Alyaska ştatında keçiriləcək Putin-Tramp görüşünə Ukraynada rus qoşunlarının irəliləməsi və öz mövqeyinə inam fonunda yollanır. Putini səfərdə Rusiya xarici işlər naziri Sergey Lavrov müşayiət edəcək. Prezidentin köməkçisi Yuri Uşakov mətbuata bildirib ki, Rusiya və ABŞ qonşu ölkələrdir və sərhədləri ortaqdır: 

"Bizim nümayəndə heyətinin sadəcə Berinq boğazı üzərindən uçaraq belə mühüm və gözlənilən sammiti Alyaskada keçirməsi tamamilə məntiqli görünür". Ekspertlərə görə, Kreml əldə olunan hərbi uğurlardan istifadə edərək atəşkəs müqabilində əhəmiyyətli ərazi güzəştləri əldə etməyə çalışacaq. Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov avqustun 7-də Putinin ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff ilə bir gün əvvəl apardığı üç saatlıq danışıqlardan sonra bildirmişdi ki, Rusiya və ABŞ Putin və Tramp arasında şəxsi görüş barədə razılığa gəliblər. Bundan əvvəl Rusiya Prezidenti Putin Tramp ilə görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini arzulamışdı. Bu məqsədlə BƏƏ Prezidenti Nəhyan da Moskvaya gəlmişdi, amma daha sonra görüşün Alyaskada keçirilməsi qərara alınıb. Hazırda təmas xəttində hərbi əməliyyatlar davam etdirilir. Rusiya ordusu Donetsk vilayətinin Dobropolye şəhəri yaxınlığındakı kəndlərdə Ukrayna müdafiə xəttini yarıb və Kramatorska gedən yola çıxmağa cəhd edir. Trampın son açıqlamalarından belə nəticə çıxarmaq olar ki, Moskva və Vaşinqton Ukrayna müharibəsində atəşkəsin əldə olunması və ərazi məsələlərini müzakirə edir. "Bloomberg"in məlumatına görə, Ukraynaya Donetsk vilayətindən qoşunlarını çıxarmaq təklif ediləcək. ABŞ prezidenti "ərazi mübadilələri" barədə eyham vurub. Digər mənbələrin dediyinə görə, atəşkəs "razılaşmanın əldə olunduğu vaxt mövcud təmas xəttinə uyğun olaraq təsbit ediləcək, həmin ərazilərin Rusiyaya məxsusluğu yalnız de-fakto tanınacaq". Tərəflərin hansı razılığa gələcəyi və ya ümumiyyətlə, razılıq əldə ediləcəyi 15 avqustda bəlli olacaq, amma bu, ilkin razılaşma olacaq. 


Politiloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Tramp-Putin görüşündən müsbət nəticə olmayacaq. Ekspert vurğulayıb ki, Ukrayna və Avropa ölkələri bu görüşdən narazıdır: 


"ABŞ Prezidenti Avropanın təhlükəsizliyini təhdid edən Rusiyanın Ukraynada üstünlük əldə edilməsinə razı olarsa, bu, Vaşinqtonun geosiyasi mövqelərinin zəifləməsinə və Avropa ilə siyasi-təhlükəsizlik əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər. Putin də ABŞ və Avropa arasında parçalanmaya çalışır. Rusiya atəşkəs və sülhlə bağlı razılaşmaya gəlməsə, sanksiyalar tətbiq ediləcək. Ona görə Putin Trampın xüsusi nümayəndəsini dəvət edərək, danışıqlara hazır olduğunu və qarşılıqlı kompromisə gedəcəyini qeyd etdi. Putin Trampla birbaşa görüş təklifindən imtina edirdi, hətta telefon danışığında güzəştsiz mövqeyini davam etdirirdi. ABŞ-nin təzyiqləri fonunda Putin görüş tələbini qəbul edərək, yenidən manevr siyasətinə qayıdır. Putin Alyaskada Ukraynanın şərqində Rusiyanın işğalını tanımaqla atəşkəs təklifini irəli sürəcək". 


Analitikə görə, Trampın xüsusi nümayəndəsi Uitkofun Putinlə görüşündə ciddi razılaşmalar əldə edilib: 

"Liderlərin görüşündə bu məsələlər müzakirə ediləcək. Amma Avropa İttifaqının və Böyük Britaniyanın mövqeyi həlledicidir. Əgər Ukraynanın şərqi güzəşt edilərsə, beynəlxalq hüquq normaları pozulacaq. Rusiyanın aqressiv siyasəti digər qonşu ölkələrə qarşı yönəlmiş olacaq. Tramp isə Ukraynanın şərqini Rusiyaya güzəştə getməklə, atəşkəsdə maraqlıdır. Bunun nəticələri Avropa və digər qonşu ölkələrə hərbi müdaxilələrə gətirib çıxara bilər. Halbuki, Tramp sanksiyalar tətbiq edərsə, Ukraynaya hərbi yardımları artırarsa, Rusiya qoşunlarını Mariopoldan, Xerson və Zaparojye regionlarından çıxara bilər. Putinin danışıqlar protfelində Trampla iqtisadi sövdələşmə və müəyyən güzəştlər də var. Danışıqlarda "ərazi mübadiləsi" məsələsi müzakirə ediləcək. Ukrayna və Avropa ölkələri razılaşmanı tanımasa, müharibə davam edəcək. Belə olan təqdirdə Tramp Ukraynaya hərbi yardımları dayandıra bilər. Rusiya da bunun üçün çalışır. Amma ABŞ-nin təhlükəsizlik və qərarvermə mərkəzləri Rusiyanın prosesdən uduşlu çıxmasına, Vaşinqtonun zəif düşməsinə imkan verə bilməz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 06:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri