Icma.az
close
up
RU
“Danışır radio”: Qulaq asan varmı?

“Danışır radio”: Qulaq asan varmı?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda radio əvvəlki kimi geniş dinləyici kütləsinə malik olmasa da, hələ də öz yerini qoruyur. 

İnsanlar əsasən maşında, yolda, səyahət zamanı radio dinləməyə üstünlük verirlər. Lakin internetin, sosial şəbəkələrin sürətli inkişaf etdiyi dövrdə radioya olan maraq bir qədər azalıb. Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli bildirib ki, yeni vasitələrin meydana gəlməsi radioya bir sıra imkanlar qazandırır: 

“İnternetin yaranması və media məkanının rəqamsallaşması nəticəsində bir çoxları düşünürlər ki, radio artıq meydan itirib və dinləyiciləri azalıb. Amma əslində, bu vasitələr radionun inkişafı üçün də imkanlar yaradır. Məsələn, internetin meydana çıxması ilə internet radioları və podkastlar işə düşüb, radionun hər yerdə dinlənmə imkanları genişlənib, müxtəlif verliş formatları yaranıb. 

Bu amillər radionu kütləvi informasiya vasitəsi kimi irəli aparır. Bizdə radiolara ən çox maşınlarda qulaq asılır, yəni maşınların sayı artdıqca radio dinləyicilərinin sayı da artır. Yayım üsuluna görə radiolar iki yerə bölünür: 

internet üzərindən yayılan radiolar və yerüstü, ənənəvi radiolar. Radio rahat və ucuz başa gələn kütləvi informasiya vasitəsi olduğuna görə istifadəsi də artıb”. 

Onun sözlərinə görə, radioları inkişaf etdirmək üçün vizuallaşma vacib addımlardandır: 

“Hazırda ölkədə yerüstü radioların sayı sürətlə artır, yeni verlişlər kanallarda ortaya çıxır və bu da radio məkanımızı zənginləşdirir. Televiziya, sosial şəbəkələr və internetin müxtəlif məlumat kanalları arasında radionun səsi necə eşidilməlidir? 

Bunun ən yaxşı yolu radionun vizuallaşdırılmasıdır. Hazırda veb radiolar inkişaf edir və internet radiolarının sayı kifayət qədər çoxdur. Bu şəraitdə radiolar, operativliyi və podkast formatında müxtəlif materialları təqdim etməklə dinləyici auditoriyasını genişləndirir”. 

Professor qeyd edib ki, radionun ifadə imkanlarını daha cəlbedici şəkildə istifadə etmək lazımdır: 

“Radio dinləyiciləri artıq yenidir və ənənəvi radodan fərqli olaraq, burada səs məlumatın üzərində işləyir və müxtəlif imkanlar yaradır. Ənənəvi radiolar üstünlük qazanmaq üçün radionun ifadə imkanlarını daha cəlbedici şəkildə istifadə etməlidirlər. Əks halda, radio televiziya və sosial şəbəkələrin arasında əridilib gedəcək. Ona görə radioya yeni baxışla yanaşmaq və yeni formalar axtarmaq önəmlidir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: radio Qulu Məhərrəmli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri