Icma.az
close
up
RU
Danışmayan uşağa göyərçin və ya bildirçin yumurtası vermək dilini açırmı? Loqopeddən izah

Danışmayan uşağa göyərçin və ya bildirçin yumurtası vermək dilini açırmı? Loqopeddən izah

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar uşaqların, xüsusən də oğlanların gec dil açması problemi aktualdır. Adətən yaşlı nənələr oğlan uşaqlarının qız uşaqların nisbətən gec dil açmasının normal olduğunu bildirirlər.

Lakin analarlı narahat edən bu problem həqiqətən də yolunda getməyən bir sıra məqamlardan xəbər verir. Həkimlərin bildirdiklərinə görə,  nitq qabiliyyəti  normal inkişaf edən uşaq 4-5 ayından etbarən səslər çıxarmalı, 1 yaşından isə qisa sözlər söyləməlidir.

Bəs görəsən oğlan uşaqları hansı səbəblərdən qızlara nisbətən gec danışmağa başlayır? Ana neçə yaşdan sonra loqoped axtarmalıdır? Müxtəlif türkəçarə, bildirçin və ya göyərçin yumurtası həqiqətən dili acırmı?

Medicina.az bildirir ki, bu kimi suallara defektoloq - loqoped Vüsalə Qasımova cavab verib.

"Hər uşaqda nitq mərkəzinin inkişafı eyni dövrdə başlayır. Sadəcə olaraq qızlar daha aktiv olduqlarından tez danışmağı sevirlər. Bu isə genetikadan irəli gəlir.  O yaş dövründə oğlanlar isə danışmaqdansa, daha çox hərəkətdə olmağı sevirlər. Buna görə də bu cür mənzərə yaranır.

Qızlar daha çox anaları ilə vaxt keçirdikləri üçün çox danışırlar və beləliklə də onların nitqləri sürətlə inkişaf edir. Oğlan uşağını da çox danışdırsan, o da tez və aydın danışmağa başlayacaq. Yəni qızların oğlanlardan tez danışdığının hər hansı bir tibbi, elmi əsası yoxdur.

Hər bir uşaq 2 yaşından sərbəst şəkildə cümlə quraraq danışmalıdır. Əgər bu gecikirsə, o zaman mütləq loqoped yoxlanışından keçirmək lazımdır. 4 yaşdan sonra uşaq bütün səsləri ifadə etməyi bacarmalıdır. O r, l , ş, j həriflərini tələffüz etməyi bacarmalıdır. Əgər edə bilmirsə,  uşaq kəkələyirsə və ya cümlə qurmursa, o zaman yenə də loqoped uşağı müayinə etməlidir.

Onu da qeyd edim ki, hər hansı hərfi söyləyə bilməmək kifayət qədər yetkin insanlarda da müşahidə edilir. Bunun aradan qaldırılması heç zaman gec deyil".   

"Bildirçin və ya göyərçin yumurtasının uşağın danışmasında rolu varmı?"

"Bu qədim türkəçarə metodunun da heç bir elmi əsası yoxdur. Uşağa göyərçin yumurtası verildiyi müddətdə, əgər o danışmağa başlayarsa bu onun artikulyasiya aparatının inkişaf etməsindən xəbər verir.

Bəzən elə olur ki, uşaq gec danışır və ya kəkələyir, amma valideynlər, əsasən də nənələr onu həkimə apararaq müalicə etdirmək əvəzinə xalq təbabəti üsullarına əl atırlar. Bu isə problemin daha da ləngiməsinə, uşağın atikulyasıya aparatının inkişafının pozulmasına, hətta uşaqda psixoloji və nevroloji problemlərin yaranmasına gətirib çıxarır.

Belə olduqda loqopedlər psixoloq və nevroloqlarla paralel işləyirlər. Buna görə də, yaxşı olardı ki, danışmayan uşağa göyərçin yumurtası içirmək əvəzinə gec olmadan həkimə aparsınlar".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri