Icma.az
close
up
RU
Danlandı, hədələndi, qisas aldı: İnanıram ki, Tanrı layiq olanların yolunu açır

Danlandı, hədələndi, qisas aldı: İnanıram ki, Tanrı layiq olanların yolunu açır

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beş yaşından etibarən anası ilə birlikdə gözəllik müsabiqələrinə baxan Fatima Boş Fernandes böyüyəndə nə olmaq istədiyini soruşanlara "İnsanlara kömək edəcəyəm, onlara salam və ya vida deyəcəyəm" cavabını verirdi. Sonradan anladı ki, əslində kimin qarşısında bu sözləri deyəcəyini bilmir, lakin bir detal dəqiq idi: hər iki halda kiməsə əl sallamalı idi. Elə bir gözəllik kraliçası kimi...

İllər sonra isə bu arzu gerçəyə çevrildi. "Kainat Gözəli" seçilən Fatima Boş, səhnədən tamaşaçılara sevinc göz yaşları içində əl salladı.


Qaynarinfo xəbər verir ki, "Miss Universe" (Kainat Gözəli) yarışmasında birinci seçilən 25 yaşlı meksikalı Fatima Boş Fernandes həm tac qazanıb, həm də bir müddət əvvəl yaşadığı sərt tənqidlərin ardınca simvolik şəkildə "intiqamını” almış olub.

Diskvalifikasiya ilə hədələndiyi yarışmada birinci oldu

Tailandda keçirilən yarışmada aparıcı Nəvat İtsaragrisil ilə yaşadığı gərginlik səbəbilə diskvalifikasiya ilə hədələnən Fatima Boş müsabiqənin ən çox müzakirə olunan iştirakçısı olub. Bununla belə, 2025-ci ilin "Kainat Gözəli" tacı onun başına qoyulub.

Fatima əvvəlcə gözəllik yarışmalarına müsbət yanaşmayıb. Lakin ölkəsində bu sahənin tanınmış simalarından biri olan Corc Fiquerroa ilə tanışlığı fikrini dəyişib.

"Cəsarətimi toplayıb burada olmalı idim"

Fatima müsabiqə bitməmişdən öncə verdiyi açıqlamada belə deyib: "Söyləyəcək sözü olan real qadınlar istəyirlər və biz artıq XXI əsrdəyik. O zaman anladım ki, bu yarışma səsimi yaxşılıq üçün istifadə edə biləcəyim bir platformadır. Cəsarətimi toplayıb burada olmalı idim".


Ölkəsində keçirilən gözəllik yarışmasında doğulduğu Teapa şəhərini təmsil edən Fatima Meksikanın ən gözəli seçilib. Moda dizaynı üzrə təhsil alan Boş bunun ardınca böyük xalq dəstəyi qazanıb. Sentyabrda keçirilən milli yarışmadan sonra beynəlxalq müsabiqəyə hazırlaşmaq üçün cəmi bir neçə ay vaxtı olub.

Uşaqlığında disleksiya, diqqət əskikliyi və hiperaktivlik səbəbilə çətinliklər yaşayan Fatima bu üzdən məktəbdə zorakılığa da məruz qalıb.


"Bir ölkə sizi çağırırsa, orada yazılacaq bir hekayəniz var deməkdir"

Fatima üçün Tayland uzun illərdir xəyal etdiyi bir ölkə olub. O, müsabiqədən əvvəl verdiyi müsahibədə belə demişdi: "Həmişə Tailanda getmək istəmişəm. Orada həssas icmalardakı uşaqlara ingilis dili öyrədən bir proqram var və fillərə qulluq etmək mümkündür. Proqramı dostlarıma göstərdiyim zaman çox uzaq olduğunu deyirdilər"

Dostları onunla Tailanda getmək istəməsə də, gözəllik müsabiqəsi yolu Fatimanı bu ölkəyə gətirib. O, bir dəfə belə demişdi: "Deyirlər ki, əgər bir şəhər sizi çağırırsa, orada sizinlə bağlı tamamlanmamış bir hekayə var".

Bəllidir ki, bu dəfə həmin hekayə tamamlandı.


"Tanrının yolumuzu açdığına inanıram"

Fatima müsabiqəyə qatılmaq üçün özünü tam hazır hiss etməsinin altı il çəkdiyini bildirərək demişdi: "Bu dəvəti 2019-cu ildə almışdım. Amma 2025-ci ildə ulduzlar düzülüşdü və qərar verməyim üçün hər şey yerinə oturdu. Tanrının yolumuzu açdığına inanıram".

İncili tac

Yarışmada birinci olan Fatimanın başına "Sonsuzluğun İşığı” adlı xüsusi tac taxılıb. Tac Fransada ənənəvi üsullarla hazırlanıb. Onun dizaynı Filippinin milli zinət əştası sayılan Cənub Dənizi qızılı incisindən ilhamlanır və tacda 23 inci yerləşir.


Birinci oldu, göyə işarə etdi

Yarışmanın əvvəlki mərhələlərində Nəvat İtsaragrisil tərəfindən "axmaq” sözləri ilə tənqid olunan Fatima Boş buna baxmayaraq mübarizəni davam etdirib. Sonda tacı qazanan zaman sevinc içində göyə doğru işarə etməsi yarışmanın ən çox yadda qalan anlarından biri olub. Bu jest onun Tanrıya və qismətə olan inancının simvolu kimi şərh edilib.


Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri