Darvin Nunyes “Əl Hilal”dan ayrılır: Uruqvaylı hücumçu MLS ə gedə bilər
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən uruqvaylı futbolçu ABŞ-nin “Atlanta Yunayted” komandasının maraq dairəsinə düşüb.
İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi artıq mümkün transferlə bağlı Səudiyyə klubu ilə ilkin əlaqə yaradaraq keçidin reallaşma ehtimalını araşdırır.
Kərim Benzemanın baş məşqçi Simone İnzaqinin rəhbərliyi altında “Əl-Hilal”a qoşulması komandanın hücum xəttində vəziyyəti dəyişib. Bu səbəbdən Nunyesin klubun əsas planındakı rolu azalıb və 1999-cu il təvəllüdlü futbolçu yeni macəra axtarmağa başlayıb.
“Atlanta Yunayted” hücum xəttini gücləndirmək və MLS-ə daha bir dünya səviyyəli ulduz gətirmək istəyir.
Transfer baş tutsa, Nunyes ABŞ çempionatına qoşulacaq və burada Lionel Messi ilə də qarşılaşa bilər. Argentinalı superulduz hazırda “İnter Mayami”də çıxış edir.
Hazırda tərəflər arasında rəsmi danışıqlar yoxdur, lakin yaxın həftələrdə belə bir prosesin başlaya biləcəyi istisna edilmir.
Baxış sayı:146
Bu xəbər 24 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















