Icma.az
close
up
RU
Daş dövrünə aid yaşayış yerindən yadplanetlilərə bənzər heykəllər tapılıb

Daş dövrünə aid yaşayış yerindən yadplanetlilərə bənzər heykəllər tapılıb

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Küveytdə aparılan arxeoloji qazıntılar zamanı 7000 ildən çox əvvələ aid olan və “yadplanetlilərə” bənzəyən heykəlciklər aşkar edilib. Uzun kəllə və yastı burun kimi xüsusiyyətləri ilə diqqət çəkən heykəlciklər Ubeyd mədəniyyətinin bədii anlayışı ilə bağlı yeni ipuçları verir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, heykəllərin tapıldığı Bəhra 1 bölgəsi 2009-cu ildən bəri Ərəbistan yarımadasındakı qədim daş dövrü cəmiyyətləri ilə bağlı ən mühüm araşdırma nöqtələrindən biri hesab olunur.

Bildirilir ki, son qazıntılar zamanı üzə çıxarılan kiçik, lakin diqqətlə işlənmiş gil heykəlciklər Ubeyd mədəniyyətinə xasdır. Bu mədəniyyət Mesopotamiyadan Anadoluya və Ərəbistan yarımadasına qədər geniş bir əraziyə yayılıb. Buna bənzər heykəlciklər daha əvvəl Mesopotamiyada tapılsa da, Körfəz bölgəsində ilk dəfədir ki, belə tapıntılar ortaya çıxıb.

Varşava Universitetindən arxeoloq Piotr Bielinski bildirdi ki, heykəlciklər bu qədim icma üçün simvolik və ya ritualistik dəyərə malik ola bilər. Bəhra 1-də tapılan gil heykəlciklər Ubeyd mədəniyyətinin estetik və simvolik anlayışı ilə bağlı yeni suallar doğurur.

Qazıntılar həmçinin Ərəbistan yarımadasında istehsal olunan keramika məmulatlarının mənşəyi ilə bağlı mühüm tapıntılar əldə edib. Bəhra 1-in yerli istehsal olan “Kobud qırmızı qab” adlı qaba qırmızı keramika, eləcə də bölgədə istifadə edilən iki əsas keramika növündən biri olan Mesopotamiyadan gətirilən Ubeid keramikasının ilk istehsal nöqtələrindən biri olduğu müəyyən edilib.

Təhlildə yerli keramika gilində yabanı bitkilərdən əldə edilən üzvi qalıqlar, xaricdən gətirilən Ubeyd keramikasında isə arpa və buğda kimi kənd təsərrüfatı məhsullarının izləri aşkar edilib.

Tapıntılar təkcə arxeoloji deyil, həm də ekoloji tarix baxımından əhəmiyyətlidir. Keramika hazırlamaq üçün istifadə edilən bitki qalıqları eramızdan əvvəl 6-cı minilliyin ortalarında Ərəbistan yarımadasındakı floranın müxtəlifliyinə dair ipucu verə bilər.

Bu kəşflər bizə həm Ubeyd mədəniyyətinin təsirini, həm də bölgədəki yerli istehsal texnikasını daha yaxşı anlamağa imkan verir. Körfəz bölgəsindəki ən qədim keramika istehsalı mərkəzi olan Bəhra 1 bəşəriyyət tarixinin bu erkən dövrü haqqında mühüm məlumatlar verməyə davam edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri