Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər
Bakı, 1 noyabr, AZƏRTAC
Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər.
Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.
Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib. Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.
Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 01 Noyabr 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















