Icma.az
close
up
RU
Daşınmaz əmlak bazarında böhran başlayıb: Qiymətlər UCUZLAŞDI

Daşınmaz əmlak bazarında böhran başlayıb: Qiymətlər UCUZLAŞDI

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb.

Milli.Az xəbər verir ki, ekspertlərin fikirlərinə görə hazırda daşınmaz əmlak bazarında əvvəlki illərlə müqayisədə durğunluqdur.

Ötən ay Bakıda bir kvadratmetri 3200 manata verilən mənzil artıq 2800-ə verilir, 3500-ə satılan mənzillər isə artıq 2800-ə düşüb. 

İqtisadçı Fərhad Pərvizi bunu mənzillərin satılmamsı ilə əqaləndirir:

"Ona görə də növbəti üç ildə iri investisiyalar etməyi ağıllı hesab etmirəm. Amma ev lazımdırsa ev mütləq alın. Mənim qayda ondan ibarətdir ki, MTK-ın satdığı qiymətin üçdə biri qədər endirimə almalısız. Məsələn 3000-ə satırlarsa 2000 ala bilərsiniz. MTK sizi manipulyasiya edir. Hər dəfə 50 manat, 100  manat qiymətləri qaldırır. Statistikaya əsasən, əmlak alqı-satqısı ötən illə müqayisədə kəskin azalıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Milli.Az-a açıqlamasında bildirib ki, artıq 3 aydan çoxdur ki, əmlak bazarında müşahidə olunan durğunluq daha çox paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə davam edir. Onun sözlərinə görə, bunun əksinə olaraq, Bakıətrafı zonalarda, xüsusən də ucuz yaşayış evlərinə tələbat nisbətən yüksəkdir. Ekspert qeyd edib ki, bunun əsas səbəblərdən biri hazırda Bakının mərkəzi ərazilərində aparılan söküntü işləridir.

Nəzərə çatdırıb ki, söküntü dövlət tərəfindən həyata keçirildiyi üçün vətəndaşların mənzilləri qiymətləndirilib onlara pul şəklində kompensasiya verilir:

"Lakin həmin kompensasiyalar mərkəz ərazilərindəki mənzillərin kvadratı kiçik olduğu üçün vətəndaşlara nisbətən aşağı məbləğdə ödənilir. Bu səbəbdən insanlar həmin vəsaitlə paytaxtın mərkəzində yenidən mənzil almaqda çətinlik çəkirlər. Əksinə, Bakıətrafı ərazilərdə həmin məbləğə daha böyük sahəsi olan fərdi yaşayış evləri və ya mənzillər almaq mümkündür".

E.Fərzəliyev vurğulayıb ki, mərkəzdəki durğunluq artıq qiymətlərin sabitləşməsinə səbəb olub. Proses bu şəkildə davam edərsə, bazarda qiymətlərin enməsi də istisna edilmir:

"Digər tərəfdən, Bakıətrafı ərazilərdə  xüsusən Xırdalan və Masazır kimi sıx yaşayış məntəqələrində  artan tıxaclar və kommunal problemlər sakinləri narahat edir. Bu səbəbdən həmin zonalarda insanlar evlərini kütləvi şəkildə satışa çıxarmağa başlayıblar. Bazara çoxlu sayda mənzil çıxması rəqabəti artırır və buna görə də qiymətlərin sabit qalması müşahidə olunur".

Hesab edir ki, yaxın gələcəkdə durğunluq davam edərsə, əmlak bazarında qiymətlərin enməsi qaçılmaz ola bilər.

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri