Icma.az
close
up
RU
Daşıyıcı şirkətlər “K Group”la bağlı Mərkəzi Banka müraciət etdi

Daşıyıcı şirkətlər “K Group”la bağlı Mərkəzi Banka müraciət etdi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda və paytaxt ətafında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 10-a yaxın daşıyıcı şirkət Mərkəzi Banka və İqtisadiyyat Nazirliyinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, daşıyıcı şirkətlər ictimai nəqliyyatda gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılmasını və ödənilməsini təmin edən “K Group” MMC tərəfindən hüquqlarının pozulduğunu bildiriblər.

Şirkətlər qurum tərəfindən onların üzərinə külli miqdarda borc yazıldığını qeyd ediblər.

“K Group” MMC ilə özəl daşıyıcı şirkətlər arasında 23.09.2019-cu il tarixli, “Nəqliyyatın Avtomatlaşdırılmış İdarəetmə Sisteminin və Gediş Haqlarının Avtomatlaşdırılmış Ödəniş Sisteminin tətbiq edilməsi” haqqında üçtərəfli müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə əsasən “K Group” MMC gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılması və daşıyıcıya ödənilməsini, o cümlədən (2.2.1-ci bənd) avtomatlaşdırılmış ödəniş sistemi, onun müvafiq komponentlərinin nəqliyyat vasitələrində quraşdırılması, xidmət göstərilməsi, (7.6-cı bənd) müqavilə üzrə xidmətlərin göstərilməsinə təsir göstərə bilən avtomatlaşdırılmış ödəniş sistemində baş verən səhvlər /nasazlıqlar/ qanunsuz müdaxilələr barədə dərhal daşıyıcıya məlumat təqdim etmək və sair öhdəlikləri üzərinə götürüb.

Lakin “K Group” MMC tərəfindən təqdim olunan xidmətlər müqavilə şərtlərinə uyğun icra edilmir, hesabatlar təqdim olunmadan, borc məbləğləri üzləşmə aktı əsasında dəqiqləşdirilmədən daşıyıcı şirkətlərə köçürülməli olan pul vəsaitlərindən birtərfli qaydada tutulma aparılır”, - müraciətdə deyilir.

Bildirilib ki, 2024-cü il 8 avqust tarixindən “K Group” MMC müqavilə şərtlərini icra edə bilməyib, avtomatlaşdırılmış ödəniş sistemində (“BAKI KART”) yaranmış problemlərlə əlaqədar, proqramın daşıyıcı şirkətlərə aid hissəsi bağlanaraq, məlumatların təqdim edilməsi dayandırılıb, günlük yığımlar azaldılaraq ödənilib:

“Bu hallar da gediş haqlarından yığılan pul vəsaitlərinin bizə tam olaraq köçürülməməsi ilə bağlı əsaslı iddiaların yaranmasına səbəb olub. Bu hallara etiraz etdikdə, tezliklə proqramın bərpa ediləcəyi və kəsr məbləğinin şərtsiz olaraq ödəniləcəyi bildirilib. Bir neçə gün əvvəl isə “K Group” MMC daşıyıcı şirkətlərə proqramın bərpa edildiyini məlumat verib. Eyni zamanda proqramın işləmədiyi müddət ərzində daşıyıcı şirkətlərə avans olaraq artıq pul vəsaitlərinin ödənildiyini və bu vəsaitləri heç bir üzləşmə etmədən 03.02.2025-ci ildən etibarən günlük yığımlardan birtərəfli qaydada tutacağını elan edib”.

Daşıyıcı şirkətlər bildiriblər ki, onların daşıdıqları sərnişinlərə görə toplanmış vəsaitin birtərəfli qaydada tutulması qeyri-qanunidir:

“K Group” MMC-nin ödənilməli olan pul vəsaitləri ilə bağlı yol verdiyi əsassız və qanunsuz hərəkətləri nəticəsində hüquq və mənafelərimiz pozulmaqla bizə küllü miqdarda zərər dəyib. “K Group” MMC-nin bu qanunsuz hərəkətləri iqtisadi vəziyyətimizin ağırlaşmasına səbəb olmaqla, o cümlədən əmək haqqı, vergi, bank ödənişləri və sair vacib ödənişlərimizin icrasında ciddi problemlər yaranmış, fəaliyyət imkanlarımız risk altına düşüb”.

Daşıyıcı şirktlər dövlət qurumlarından məsələyə münasibət bildirmələrini xahiş ediblər:

“Yuxarıda göstərilənlərin vacibliyini nəzərə alaraq, “K Group” MMC tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı müvafiq yoxlamaların aparılmasını, o cümlədən “K Group” MMC tərəfindən daşıyıcı şirkətlərin hesabından borc məbləğləri dəqiqləşdirilmədən birtərəfli qaydada maliyyə vəsaitinin tutulmasına yönəlmiş qanunsuz hərəkətlərin dayandırılmasını xahiş edirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri