Daşkənd hava limanında İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri görülür VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır.
Bizim.Media xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması ilə bağlı müvafiq tədbirlərə başlanılıb və səfərin yüksək səviyyədə təşkili üçün hazırlıq işləri həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23–24-də baş tutacaq. Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü və danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.
Dövlət səfərinin iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 23 Avqust 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















