Icma.az
close
up
RU
Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 ci ildönümü qeyd olunub

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 ci ildönümü qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 iyun, AZƏRTAC

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan müdafiə nazirinin müavini Əlişir Narbayev, bu ölkədə fəaliyyət göstərən hərbi attaşelər, ölkənin elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri polkovnik Samir Əfəndiyev Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrindən danışıb.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə ətraflı məlumat verilib. 5 il bundan öncə 44 günlük Vətən müharibəsindəki qələbəmiz və ordumuzun yüksək peşəkarlıqla apardığı hərbi əməliyyatlar qürur hissi ilə vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında uğurla inkişaf etdirilən hərbi əməkdaşlıq ikitərəfli təlim və tədbirlərlə daha da möhkəmləndirilir. Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Yekunda mərasim iştirakçılarına Azərbaycan milli yeməklərindən ibarət ziyafət verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri