Icma.az
close
up
RU
Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə yaradıcılıq görüşü

Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə yaradıcılıq görüşü

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Yunus Rəcəbiy adına Milli Musiqi Sənəti İnstitutunda azərbaycanlı sənət ustalarının iştirakı ilə yaradıcılıq görüşü və ustad dərsi təşkil olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzinindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat iştirak ediblər.

Görüş zamanı sənət ustaları öz yaradıcılıq fəaliyyətləri, səhnə təcrübələri və milli musiqi ənənələrinin inkişafı barədə geniş məlumat verərək tələbələrlə fikir mübadiləsi aparıblar. Onlar gənc ifaçılar üçün səhnə mədəniyyətinin, ifa texnikasının və milli musiqi irsinin qorunmasının vacibliyini xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində institutun istedadlı tələbələri ilə birgə Azərbaycan və Özbəkistan musiqisinin nümunələri, o cümlədən muğam və makom janrına aid əsərlər ifa olunub. Ustad dərsi interaktiv formatda keçirilərək tələbələrin sualları cavablandırılıb, onların ifaları dinlənilərək peşəkar tövsiyələr verilib.

Qeyd olunub ki, bu cür ustad dərsləri gənclərin peşəkar bacarıqlarının inkişafına, milli musiqi ənənələrinin təbliğinə, yaradıcılıq potensialının artırılmasına, eləcə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri